Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzaini qəbul edib
Ceyhun Bayramov

Nazir Ceyhun Bayramov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzainin ölkəmizdəki diplomatik fəaliyyətinim başa çatması ilə əlaqədar qəbul edib.

Bizimyol.info xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazir Ceyhun Bayramov Qulam İshaqzainin Azərbaycandakı uğurlu fəaliyyətini, BMT və Azərbaycan arasındakı əməkdaşlığın inkişafına verdiyi töhfəni məmnunluqla qeyd edib.

Qulam İshaqzai Azərbaycanda fəaliyyəti dövründə ona göstərilən dəstəyə görə təşəkkür edib, əməkdaşlığın uğurla həyata keçirildiyini vurğulayıb. Xüsusilə də Azərbaycanla yeni Əməkdaşlıq Fəaliyyət Planının imzalandığını rezident əlaqələndirici məmnunluqla qeyd edib.

Tərəflər Azərbaycan və BMT və təşkilatın qurumları arasında həyata keçirilən əməkdaşlıq imkanları və perspektivlərini müzakirə ediblər.

Nazir işğaldan azad olunmuş ərazilərdəki vəziyyətə toxunaraq, ölkəmizin həm YUNESKO, həm də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) missiyasının bu ərazilərdə qəbul etməyə hazır olduğunu bildirib. Hazırda səfərlə əlaqədar işlərin yekunlaşdırılması üçün hər iki təşkilatdan cavab gözlədiyimiz qarşı tərəfin diqqətinə çatdırılıb.

Nazir Ceyhun Bayramov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzaiyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Paylaş »
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »