Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: "Əsas narazılığı Nazirlər Kabinetinin gizli qərarı yaradıb"
Deputat: "Əsas narazılığı Nazirlər Kabinetinin gizli qərarı yaradıb"

“Ölkədəki məşğulluq xidmətləri vətəndaşları yola verməklə məşğuldu. İş yoxdursa, insanlara yol göstərsinlər. 5-6 ay insanları gözlədirlər, axırda da iş olacaq, olmayacaq bəlli deyil. Bəs bu 5-6 ayda vətəndaş nə yeməlidir? Məşğulluq xidmətləri insanlara yol göstərməlidir ki, iş tapa qədər necə müavinət almalıdır, hansı qurumlara baş vurmalıdır. Amma heç birini etmirlər”

Bizimyol.info xəbər verir ki, bu fikirləri  deputat Razi Nurullayev parlamentiniyunun 22-də keçirilən  iclasında “Məşğulluq haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Razi Nurullayev Razi Nurullayev

Deputat bildirib ki, Məşğulluq  Xidmətlərinin işi insanları narazı salır:  “İş axtaran vətəndaşlara ya vakansiya yoxdur, ya da filan saytı izləyin vakansiya olanda müraciət edin deyilir”.

Razi Nurullayev həmçinin iclasda əlilliyin təyin edilməsi ilə bağlı qanun layihəsinə III oxunuşda səs verməyəcəyini bildirib. O qeyd edib ki, layihədə natamamlıq var,  əsas narazılığı da Nazirlər Kabinetinin  gizlicə çıxardığı  qərar yaradıb. Bu qərar bir çox xəstəliklərə görə əlillik təyin edilməsini ləğv edib. Minlərlə insan naçar vəziyyətə düşüb. Razi Nurullayevin çıxışına cavab olaraq parlament sədri Sahibə Qafarova qeyd edib ki, Nazirlər Kabinetinin gizli qərar qəbul etməsi fikri absurddur.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »