Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: “Qanunda 6 ay tələbini götürmək lazımdır”
Deputat: “Qanunda 6 ay tələbini götürmək lazımdır”

“Əlilliklə bağlı sənədlərin qəbul edilməsində Milli Məclis böyük məsuliyyətin çox hissəsini öz üzərinə götürdü və iki mühüm dəyişiklik etdi”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr qərarında əlilliklə bağlı meyarlar 250-dən 150-yə endirilmişdisə, yeni qərarla bu meyarların sayı 800-dən çox olacaq: ““Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən yeni dəyişiklikdə niyə 4-5 ay yox, 7-8-9 ay yox, 6 ay müddət nəzərdə tutulur? Bu haqda fikirləşmək lazımdır ki, 6 aydan çox olanda nə olacaq? Yenə də bürokratik əngəllərə yol açılacaq. 6 ay tələbini aradan götürmək çox vacibdir. Çünki əlil şəxslərin tək gəlir yeri həmin müavinətlərdir. Yəni, bu şəxslər 6 ay qədər gözləməz. Amma bürokratik əngəllər bu müddəti uzadır. İkinci ciddi məsələ kimi aralıq müddət yaranır. Nazir Kabineti 2015-ci il qərarını ləğv edəcək. Amma aralıq müddətdə yaranacaq problemlərin aradan qaldırılması üçün yeni qərarın qəbul edilməsi çox vacibdir. Çünki aralıq müddətdə Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli qərarı işləsə, çox böyük narazılıqlar yaranacaq”.(apa)

Son xəbərlər
Bütün xəbərlər »