Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sürücünü beşbarmaqla hədələyərək pulunu alan saxlanılıb
Sürücünü beşbarmaqla hədələyərək pulunu alan saxlanılıb

Bakıda şəhərində sürücüyə qarşı quldurluq edən keçmiş məhkum tutulub.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə Sumqayıt şəhər sakini F.Səbziyevin iyunun 21-də saat 4 radələrində idarə etdiyi “Saipa” markalı avtomobilə sərnişin qismində oturmuş şəxsin onu beşbarmaqla hədələyib 75 manat pulunu alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Cəfərov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »