Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib. Dəyişikliyə əsasən, iyulun 1-dən etibarən COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olmalı, 1 avqust tarixindən etibarən isə COVID-19 pasportu tələb olunacaq.

Bundan başqa, iyulun 1-dən bir sıra riayət etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir. Şənlik mərasimləri “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun təşkil edilməli, qonaqların ümumi sayı 150 (yüz əlli) nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir.

Bir müddət öncə, xəstə sayı çox olan vaxtda rəsmilər bildirirdilər ki, yüksək hərarət və boğulma yoxdursa, həkimə müraciət etməyin. Bu səbəbdən də yüz minlərlə insan xəstəliyi evdə keçirdi və heç bir yerdə qeydə alınmadı. İndi hamını maraqlandıran bir sual var. Evdə qeydiyyatsız şəkildə müaclicə alaraq sağalanlar xəstəliyi keçirdiyini necə sübut etsin? Xəstəliyi keçirən insanların yenidən peyvənd olunması lazımdırmı və ya təhlükəlidirmi?

İnfeksionist Mərdan Əliyev Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, bəli, belə bir hal var idi və hətta həqiqətən xəstə olanlar arasında yaxma analizi pozitiv çıxmayanlar da var idi.

İnfeksionist Mərdan Əliyev Mərdan Əliyev

“Həmin analizin spesifikliyi 75 faizdir. Ona görə də, təqribən 3 nəfərdən birində göstərmir. Həmin vaxtı biz analizin cavabından asılı olmayaraq ağciyərləri yoxlayırdıq. Əgər pnevmoniya da varsa, Covid kimi nəzərə alaraq müalicəyə başlayırdıq. Çünki analizlər çox zaman göstərmirdi. Xəstə sayı çox olan zaman evdə müalicə alanlar, analiz verməyənlər, rəsmi qeydiyyata düşməyənlər oldu. Yoxulanların sayı rəsmi rəqəmlərdən təqribən 5 dəfə çoxdur.

Virusu keçirdib, keçirmədiyimizi yalnız qan analizi ilə müəyyən etmək olar. Qan analizi zamanı anti-tellər çıxırsa, deməli, siz bu xəstəliyi keçirmisiniz. Amma hazırda qan analizi ilə covid pasportu verilmir və bunun üzərində iş aparılır.

Bu analizi özəl klinikalın hamısında yoxlayırlar. Hər bir laboratoriyanın normativi olur. Bəzilərində 1-dən, bəzilərində isə 10-dan yuxarı olanlar pozitiv sayılır. Amma bu da xəstəliyi keçirdikdən 6 ay sonra itə bilir. İmmun sisteminin vəziyyətindən asılı olaraq bəzilərində göstərir, bəzilərində isə yox.

Bəzi mütəxəssislər, alimlər deyirlər ki, xəstəlik keçirmiş şəxslərin peyvənd olunmasına ehtiyac yoxdur. Hətta bəzi hallarda bunun ziyanı da ola bilər”.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »