Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan niyə yenidən Paşinyanı seçdi: Rusiya hansı yolu tutacaq...
Nikol Paşinyan və Vladimir Putin

Ermənistanda keçirilən seçkilərdə Paşinyanın qalib gəlməsi cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmayıb.

Belə ki, sosial şəbəkələrdə aparılan müzakirələrdə çoxları Paşinyanın seçilməsini Ermənistanda demokratik gücün çox olması, Rusiyanın əlinin altında olması və forpostu adlandırılmasına baxmayaraq, onunla “kəllələşməsi” kimi dəyərləndirib. Bəs əslində həqiqət nə deyir? Siyasi şərhçi Bəybala Mirzəyev bizimyol.info-ya bildirib ki, 20 iyun seçkilərinin əsas hədəfi demokratiyanın qalib gəlməsi deyildi.

Bəybala Mirzəyev Bəybala Mirzəyev

“Biz Paşinyanın ötən gün parlament seçkilərində qazandığı qələbəni ilk növbədə Ermənistanda demokratiyanın çox olması nöqteyi-nəzərindən yox, başqa aspektlərdən dəyərləndirməliyik. Söhbət hansı aspektlərdən gedir?

Məsələ burasındadır ki, 20 iyun seçkilərinin əsas hədəfi, prioriteti demokratiyanın qalib gəlməsi deyildi. Mübarizə bunun üstündə getmirdi. Çünki bu gün Ermənistan ictimaiyyətini, orada sıravi vətəndaşları demokratiyadan və Qarabağdan daha çox məhz ağır müharibə şəraitinin bitməsi, ölkədə sabitliyin bərqərar olması, sosial məsələlərin həlli və iqtisadi rifahın təmin edilməsi maraqlandırır.

Bu seçkilərin də nəticələri onu göstərdi ki, artıq orada xalqın böyük əksəriyyəti revanşistlərə “yox” deyir və Azərbaycanla yeni müharibənin olmasını istəmir. Ermənistan cəmiyyəti artıq Qarabağın Azərbaycan ərazisi olması həqiqəti ilə barışıb. Onlar Ermənistanın “Qarabağ yükü”ndən azad olmasını, iqtisadi cəhətdən inkişaf edib çiçəklənməsini istəyirlər. Çünki savaşdan yorulublar, məğlubiyyətdən sarsılıblar.

Xalq başa düşürdü ki, “Qarabağ klanı”nın lideri Robert Köçəryanın vəd etdiyi işıqlı gələcək əslində qaranlıq tuneldən başqa bir şey deyil. Ona görə də, onlar bu seçkidə “Qarabağ klanına” “yox” dedilər və Paşinyana ikinci dəfə şans verdilər.

Əlbəttə, belə bir nəticə Rusiya üçün tamamilə gözlənilməz ola bilər. Çünki Kreml əmin idi ki, Rusiyapərəst mövqeyini gizlətməyən Robert Köçəryan bu seçkilərin favoritinə çevriləcək və böyük səs çoxluğu ilə qalib gələcək. Kreml özünü buna inandırmışdı. Lakin göründüyü kimi bu dəfə Kremlin ümidləri doğrulmadı. Ermənistan xalqı Paşinyanın şəxsində Rusiya ilə müttəfiqliyə yox, Qərbə inteqrasiyaya üstünlük verdi. Və Rusiya da bu nəticə ilə razılaşmaq zorundadır.

Putinin bu prosesin qarşısını almaq gücünə malik olmadığı üzə çıxdı. Odur ki, Rusiya rəhbərliyi 20 iyun seçkilərinin nəticələrinin legitimliyini tanımalı və Paşinyanla konstruktiv əməkdaşlıq yolunu tutmalıdır. Bu Rusiya üçün də, Ermənistanın özü üçün də, bütövlükdə Cənubi Qafqaz regionu üçün də hazırkı situasiyada ən optimal çıxış yolu olardı.

O ki qaldı demokratiya məsələsinə, bu məsələ isə hal-hazırda ikinci plana keçirilmiş məsələ səciyyəsi daşıyır. Paşinyan demokratik yolla seçilsə də, ölkəsini demokratik üsullarla yox, yarımdiktatura prinsipləri ilə idarə edəcək. Çünki ölkəsinin düşdüyü mövcud böhranlı vəziyyət bunu tələb edir”.

İlhamə

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Avqust ayı üçün maliyyə qoroskopu
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› Türkiyə Yunanıstana nota verdi
››› Azərbaycan Rusiyaya nota verib
››› Deputat Eldəniz Səlimov: "Səhv etmişəm, üzr istəyirəm"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »