Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜGT Siyasi Komissiyasının sessiyası keçirilir
ÜGT Siyasi Komissiyasının sessiyası keçirilir

İyunun 21-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Siyasi Komissiyasının iki günlük sessiyası öz işinə başlayıb.

Onlayn formatda keçirilən sessiyada Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev ÜGT Şurasının Avropa Regionu üzrə sədr müavini qismində iştirak edib.

ÜGT Siyasi Komissiyasının sessiyası keçirilir

Sessiyanın açılışında çıxış edən ÜGT Şurasının sədri Əhməd Əl Xəlifə iclasda müzakirə olunacaq məsələlər barədə məlumat verib, daha sonra isə təşkilatın baş katibi Kunio Mikuriya ÜGT-nin strateji planının icrasına dair tərəqqi hesabatını təqdim edib. Sessiyanın birinci iş günündə, eyni zamanda özəl sektor məşvərət qrupunun hesabatı, ÜGT-nin COVİD-19 fəaliyyət planı, elektron ticarət paketi ilə bağlı müzakirələr aparılıb. Çıxış edənlər COVİD-19 pandemiyası dövründə beynəlxalq ticarət-təchizat zəncirinin davamlılığının təmin olunmasında, pandemiya ilə mübarizə çərçivəsində dərman vasitələri və tibbi ləvazimatların sürətli şəkildə çatdrılmasında gömrükçülərin xüsusi rol oynadığını vurğulayıb, təşkilatın gələcək strategiyası, prioritet sahələrin inkişafına dair fikir və rəylərini bildiriblər.

ÜGT Siyasi Komissiyasının sessiyası keçirilir

Tədbirin ikinci günündə isə ÜGT-nin 2021-2022-ci illər üzrə strateji planı, cari il üzrə vəziyyətin qiymətləndirilməsi, ÜGT-nin biznesin davamlılıq planı,gender bərabərliyi, idarəçilik və s. məsələlərin müzakirəsi nəzərdə tutulur.

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Nazir iki polis polkovnikini işdən çıxarıb
Son xəbərlər
Bütün xəbərlər »