Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan daxili siyasi böhranın bitdiyini elan etdi
Paşinyan daxili siyasi böhranın bitdiyini elan etdi

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan tərəfdarlarının Yerevanın mərkəzində keçirilən mitinqində çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, Paşinyan 2020-ci ilin noyabrında Qarabağda atəşkəslə bağlı üçtərəfli razılaşmanın imzalanmasından sonra ölkədə başlayan daxili siyasi böhranın başa çatdığını bildirib:

“Ümid edirəm, 9 noyabrda başlayan daxili siyasi böhranın aradan qaldırıldığını burada elan edəcəyik və sabahdan etibarən normal işə qayıdacağıq. Bütün siyasi qüvvələrə sadə bir nöqtədən başlamalarını təklif edirəm – təhqir ritorikasına son qoyun”.

Paşinyan bu öhdəliyi ilk olaraq özünün götürdüyünü söyləyib və bütün tərəfdarlarını təhqirlərə, aqressivliyə və düşmənçiliyə son qoymağa çağırıb.

Son xəbərlər
Bütün xəbərlər »