Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlin 365 günü işləyən diplomlu “fəhlə”lər…
Qadın ofis işçisi

Ölkəmizdə işləyən insaların bir xeyli qismi vasiləsiz və istirahətsiz çalışır. Məzuniyyət hər bir işçinin qanuni haqqı olsa da, bir çox idarələr, şirkətlər və müəssisələr işçiyə bu haqqı tanımırlar. Ailəsini dolandırmaq, evinə çörək pulu aparmaq istəyən işçilər isə işlərini itirmək qorxusu ilə haqlarını tələb edə bilmirlər. Nəticədə isə fasiləsiz işlədikləri üçün müəyyən müddətdən sonra səhhətlərində problemlər yaranır, işə olan həvəs qırılır və ən əsası get-gedə gördükləri işin keyfiyyəti aşağı düşür.

Yay aylarında başqa ölkələrdən istirahət üçün Azərbaycana üz tutan əcnəbi qonaqları görəndə lap adamın paxıllığı tutur. Axı biz də onlar qədər, bəlkədə daha artıq çalışırıq. Amma xarici ölkələri qoyuram bir kənara, heç öz ölkəmizdə də dincələ bilmirik. Hansısa rayonda dincəlmək, istirahət etmək istəyiriksə, mütləq ki, buna vaxt və pul lazımdır. Dövlət idarələrini çıxmaq şərti ilə bir çox özəl şirkətlərdə isə nə qanuna uyğun olaraq məzuniyyət verilir, nə də ki, məzuniyyət pulu.

“Hər bir işçi müəyyən qədər işlədikdən sonra məzuniyyətə çıxmasına ehtiyac yaranır. Sağlamlığının, iş qabiliyyətinin mühafizəsini təmin etmək üçün məzuniyyətlər işçi üçün istirahət formasıdır. Məzuniyyət dedikdə ilk öncə hamının ağlına əmək məzuniyyəti gəlir. Lakin əmək məzuniyyətindən əlavə olaraq, qanunvericilikdə  və əmək məcəlləsində göstərilir ki, işçilərin hüququdur ki, təhsil və yaradıcılıq məzuniyyətinə də çıxsın”.

Bu fikirləri İnsan Resursları üzrə mütəxəssis Aysel Novruzova Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, əmək məzuniyyəti özü əsas və əlavə məzuniyyətlərdən ibarətdir.

Aysel Novruzova Aysel Novruzova

“Əmək məcəlləsinə görə, 21 təqvim günündən az olaraq məzuniyyətin verilməsi ciddi qayda pozuntusudur. Belə hallarla rastlaşan vətəndaşlar Dövlət Əmək Müfəttişliyi xidmətinə müraciət edə bilərlər və bu ciddi şəkildə araşdırmalıdır. 21 təqvim günü məzuniyyəti daha çox fəhlə və texniki kateqoriyasında çalışan işçilərə verilir.  30 təqvim günü məzuniyyəti isə daha çox rəhbər və mütəxəssis kateqoriyasından olan işçilərə verilir”.

Aysel Novruzovanın sözlərinə görə, digər məzuniyət növləri isə sosial və qismən ödənişli sosial məzuniyyətdir.

“Sosial məzuniyyət müddəti 126 təqvim günüdür. Ana çətin doğuş həyata keçirərsə, 140 gün məzuniyyət verilir, lakin istisnalar var. Məsələn, kənd təsərrüfatında çalışan işçilərdə isə normal doğuş olsa belə, 140 təqvim günü sosial məzuniyyət verilir.

Qismən ödənişli sosial məzuniyyət barədə isə onu deyə bilərəm ki, bu sadəcə qadınlara, analara verilmir. İstənilən valideyn ərizə yazaraq uşağa qulluğa görə, qismən ödənişli sosial məzuniyyətə çıxa bilər.

Məzuniyyətlərin tənzimlənməsi çox önəmlidir. Böyük şirkətlərdə hər ilin yanvar ayında növbəlilik qrafiki hazırlanaraq, təsdiq edilməlidir. İşçilər hansı tarixlərdə məzuniyyətə çıxmaq istəyirlərsə, rəhbərliyə öncədən bildirməli və bunun əsasında işçilərin məzuniyyət vaxtları öncədən müəyyən edilməlidir”.

Leyla Mirzə

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Deputat və ruhanilər öz işini görsəydi...
Son xəbərlər
Bütün xəbərlər »