Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran-Azərbaycan nümasibətlərində hansı dəyişikliklər gözlənilir..
İran-Azərbaycan nümasibətlərində hansı dəyişikliklər gözlənilir..

İyunun 19-da İbrahim Rəisi səslərin 62 faizi ilə İran Prezident seçkilərinin qalibi elan olunub. Şənbə günü İranın yeni seçilmiş Prezidentini İlham Əliyev təbrik edib. Azərbaycan Prezidentinin öz iranlı həmkarına göndərdiyi təbrik məktubunda bildirilir ki, strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrimizin mövcud vəziyyəti məmnunluq doğurur

"Ölkələrimiz arasında çoxsaylı qarşılıqlı səfərlər, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr, o cümlədən Dövlət Komissiyasının uğurlu fəaliyyəti qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafında mühüm rol oynayır",- deyə bildirilir.

Maraqlıdır, yeni prezidentin gəlişi İran-Azərbaycan münasibətlərinə necə təsir göstərəcək? Bundan sonrakı mərhələdə hansı dəyişikliklər müşayət olunacaq?

Siyasi şərhçi Mübariz Göyüşlü Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, İranda yeni prezident seçilməsinin dövlətin xarici siyasətində köklü dəyişikliyə gətirib çıxaracağına inanmır.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“İranın strateji bir hədəfi var. Dövlət olaraq o, hədəflərə çatmaq üçün çalışmalar həyata keçirdir.

Hər iki dövlətin bir-birinə qarşılıqlı dərəcədə ehtiyacı var. Bir-birinə qarşı qıcıqlandırıcı açıqlamalarla çıxış etməkdənsə, sıx münasibətlərin qurulması, dostluq, strateji müttəfiqlik münasibətlərinin qurulması hər iki dövlətin xeyrinədir. Bu qıcıqlandırıcı açıqlamalar daha çox İran rəsmi şəxsləri tərəfində səslənir. Azərbaycanın rəsmi qurumları adətən dostluq və qarşılıqlı əməkdaşlır mesajları verirlər. Hətta prezident  İlham Əliyev İranla sərhəddi də dostluq sərhəddi elan etdi. İran rəsmiləri, qurumları bu məsələləri yüksək dəyərləndirməlidir.

Son dövrlər müşahidə edirəm ki, İran Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpası , iki ölkə arasında su elektrik stansiyası, anbarı, körpü, yollar və s. istiqamətlərdə görülən işlər, qarşılıqlı əməkdaşlıq məsələləri əsas verir deyək ki, iki ölkə arasındakı münasibətlər daha da yaxşılığa doğru gedəcək. Bundan sonra nə İran dövləti Azərbaycanı işğal edəsi, nə də Azərbaycan dövləti İranı dağıdası deyil”.

Siyasi şərhçinin sözlərinə görə, bizim hər ikimizin bir-birimizə çox böyük ehtiyacımız var.

“Azərbaycanın quru sərhəddinin ən böyük hissəsi İranla sərhəddir. Orada çox sayda azərbaycanlı soydaşlarımız yaşayır. Bizim İranla ortaq tariximiz, mənəvi dəyərlərimiz, var. Bu mənada mən hesab edirəm ki, yeni seçilmiş prezident bunları əsas götürməlidir və Azərbaycanla çox sıx münasibətlər qurmalıdır, nəyinki Ermənistanla.

Mən İranın Ermənistanla sıx münasibətlər qurma cəhdlərini qəbul etmirəm. Ermənistan işğalçı dövlətdir və müsəlman ölkəsinin ərazisini işğal emiş, abidələrini dağıtmışdı”.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »