Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın Laçın rayonunda təbiətə vrduğu ziyan hesablanıb
Ağac kəsənlər

Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın meşələrini qəsdən məhv etməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat verib.

Bildirilir ki, Ermənistanın silahlı qüvvələri tərəfindən beynəlxalq hüququnun əsas norma və prinsipləri, eləcə də “Canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” 1979-cu il tarixli Avropa konvensiyanın tələbləri kobud şəkildə pozularaq Azərbaycan Respublikasının ətraf mühitinə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq məqsədilə işğala məruz qalmış ərazilərimizdə Azərbaycan Respublikasının təbii sərvəti hesab edilən qiymətli və çoxillik ağacları olan meşələri qəsdən məhv etməklə ölkəmizə qarşı ekoloji terrorçuluq cinayəti törədilib.

Belə ki, aparılan araşdırmalarla Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə silahlı qüvvələri tərəfindən növbəti dəfə barbarlıq nümayiş etdirilərək nadir flora və faunası olan Laçın rayonunda işğaldan azad olunmasından az müddət öncə qanunsuz olaraq 1.818 ədəd müxtəlifcinsli, köküstdə çoxillik ağacların kəsilməsinə və bunun nəticəsində ölkəmizə 1 milyon 511 min 330 manat məbləğində maddi ziyanın vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilənlərlə bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və digər maddələri ilə cinayət işi başlayıb, ibtidai istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən İstintaq idarəsinə tapşırılıb.

Hazırda iş üzrə istintaq hərəkətləri aparılır.

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Dünyanı qorxudan 8.2 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› İtaliyada yumruq böyüklüyündə dolu yağdı: Şəhəri cəhənnəmə çevirdi - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »