Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Rusiyaya qalib gəldi : "Paşinyan Moskvanın vasitəçiliyini qəbul etməyəcək"
ABŞ Rusiyaya qalib gəldi : "Paşinyan Moskvanın vasitəçiliyini qəbul etməyəcək"

İyunun 20-də Ermənistanda prezident seçkiləri keçirilib. Əsas mübarizə keçmiş naş nazir Nikol Paşinyan və Köçəryan arasında gedib. Səs tam sayıldıqdan sonra Ermənistandakı növbədənkənar parlament seçkilərinin nəticələrinə görə, N. Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş sazişi" partiyası 52,92, R.Koçaryanın "Ermənistan" bloku – 21,04 faiz səs toplayıb. Beləliklə, Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş Müqaviləsi" İttifaqı qalib gəlib.

“Göründüyü kimi N. Paşinyan seçkinin favoriti olaraq təkbaşına hökumət formalaşdıracaq. Ermənistan əhalisi R.Koçaryan və və digər siyasi qüvvələri seçməməklə müharibənin əleyhinə olduğunu və ölkəni praqmatik lider N.Paşinyana etibar etdilər”.

Bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə Bizimyol.info-ya açıqlaması zamanı səsləndirib. Onun sözlərinə görə, N.Paşinyanın qalib gəlməsində eks-prezident L.T. Petrosyanın da rolu danılmazıdır.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Məhz o, seçki kampaniyasında əsas hədəfi müharibə tərəfdarları olan R.Koçaryana qarşı idi. N.Paşinyan ölkənin inkişafı və sabitliyi üçün Azərbaycan və Türkiyə ilə əlaqələri xüsusi vurğulayırdı. Bu seçkilərdə Qərb Rusiyaya qalib gəldi və bundan sonra N.Paşinyan Rusiyanın ölkəsində mövqelərinin zəiflədilməsi istiqamətində siyasət aparacaq.

Ermənistanda R.Koçaryan və S.Sarkisyanın etiraz aksiyaları yetərli olmayacaq. Parlamentdə R.Koçaryan əsas ana müxalifət olaraq fəaliyyətini sürdürüəcək. Onun hökumətin işinə mane olması mümkün olmayacaq. N.Paşinyanın qələbəsini əsas şərtləndirən amillər əsasən, onun elan etdiyi vədlərdi. O, ölkəsi üçün sülh, inkişaf, ölkənin blokadadan çıxarılmasını vəd edirdi. Onun rəqibi  R.Koçaryan isə blokadanın davam etdirilməsi, Rusiya ilə sıx əlaqələr və müharibənin bərpa olunması mesajalarını veriridi.

N.Paşinyan bir neçə aydan sonra Konustitusiyada dəyişikliklərə gedərək, parlament respublikasını ləğv edib prezident postunda əyləşəcək. Prezidentin səlahiyyətlərini artıracaq. Prezident A.Sarkisyanın yerinə müvəqqəti olaraq N.Paşinyanın öz adamını gətirməsi gözlənilir. Yaxud keçid prezident kimi referenduma kimi qala bilər. Onsuz da A.Sarkisyanın geniş səlahiyyəti yoxdur və bundan sonra mövqeləri daha da zəiflədi.”

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycanla əlaqələrə gəldikdə isə, 10 noyabr və 11 yanvar razılaşmalarının yerinə yetirilməsi üçün N.Paşinyanın addımlar atması gözlənilir.

“Düşünmürəm ki, Azərbaycanla münasibətləri böhrana yuvarlasın. Çünki hazırda Ermənistanın inkişafı Azərbyacan və Türkiyə ilə əlaqələrdən asılıdır və ən nəhayət, ABŞ-ın vasitəçiliyi ilə N.Paşinyan və Prezident İlham Əliyev münasibətlərin normallaşdırılması istiqamətində danışıqlar üçün Tiflisdə görüşə bilərlər. Rusiyanın vasitəçiliyinə gəlincə isə, N.Paşinyan Moskvanın vasitəçiliyini qəbul etməyəcək. Azərbaycan da məhz Rusiyanın bu xüsusda fəaliyyətini qəbul etmir.

Ermənistan üçün post-müharibə dövründə yeni səhifə açıldı. Ermənilər N.Paşinyana yenidən şans verdilər ki, ölkəni Qərbə inteqasiya etdirsin. Əgər N.Paşinyan Azərbaycanla əlaqələri bərpa etməsə, düşmənçilyi davam etdirsə, blokada aradan götürülməsə, Azərbaycan hərəkətə keçə bilər. Bu da N.Paşinyana qarşı daxili etirazlar formalşdıra və hakimiyyəti devrilə bilər. Bunu N.Paşinyan da çox yaxşı bilir. Ona görə də Paşinyan Azərbaycanla əlaqələri normallaşdırmağa məhkumdur”.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »