Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oleq Kuznetsov: “Rusya Təhlükəsizlik Şurasının iclası çağırılacaq.., Azərbaycan güc nümayiş etdirəcək”
Oleq Kuznetsov: “Rusya Təhlükəsizlik Şurasının iclası çağırılacaq.., Azərbaycan güc nümayiş etdirəcək”

15 iyunda imzalanmış Şuşa Bəyannaməsi ilə Azəraycan Türkiyə ilə öz gücünü birləşdirmiş oldu. Bu, təbii ki, dostları sevindirdi, düşməni narahat etdi. Hadisələrə öz gözümüzlə baxdıq. Bəs Rusiyadan baxınca baş verənlər necə görünür. Bizimyol.info-nun suallarını rusiyalı politoloq, azad siyasi şərhçi Oleq Kuznetsov cavcablandırır.

- Cənab Kuznetsov, Prezident Ərdoğanın Azərbaycanba son səfəri regionda konkret nəyisə dəyişəcəkmi?

Oleq Kuznetsov Oleq Kuznetsov

- Prezident Ərdoğanın səfəri regionda mövcud olan hazırkı vəziyyəti prinsipial olaraq dəyişməyəcək. Çünki vəziyyət müharibədən sonra onsuz da Azərbaycan və Türkiyənin xeyrinə dəyişmişdi və müəyyən reallıqllar yaranmışdı. O bu səfərdə sadəcə, yeni şəraitdə regionun hansı şəkildə inkişaf etdiriləcəyi barədə müəyyən şərhlər verə bilərdi və bunu etdi. Ərdoğanın bu səfəri siyasi nümayiş xarakteri daşıyırdı və ən əsası da verdiyi bəyanatla bütün region dövlətlərinə əməkdaşlıq təklif etdiyini, güc olduğunu, bununla belə qucaq açdığını da sərgilədi. Konkret konturlaqı göstərdi.

- Şuşa Bəyannaməsində ən əsas müddəa Azərbaycanla-Türkiyənin hərbi müttəfiqliyinin təsdiq edilməsi oldu. Birinə edilən təcavüz digərinə edilən təcavüz sayılacaq. Bu Ermənistanı və onu dəstəkləyən ölkələrin məsuliyyətini dəyişəcəkmi?

-  Yaxşı bilirik ki, Qarabağ məsələsinin 3 tərəfi var idi. Azərbaycan, Ermənistan və Rusiya. Başqa iştirakçılar yox idi. Əslində bu müqavilə ilə Azərbaycan özünü Rusiya tərəfindən gəlmiş təhlükədən sığortalamış oldu. Ermənistan tərəfindən Azərbaycana hansısa təhlükə gələ bilməz, çünki demək olar ki, çox gücsüz vəziyyətə düşüb, indi Ermənistan dövlətçiliyi özü təhlükə qarşısındadır. Rusiya-Azərbaycan arasındakı münasibətlər yaxşıdır. Hesab edirəm ki, Rusiya tərəfindən hər hansı təhlükə gözlənmir. Ən azı ona görə ki, bu Rusiyaya faydalı deyil. Həm iqtisadi, həm siyasi baxımdan. Çünki Cənubi Qafqazda Azərbaycandan başqa konstruktiv danışqlara hazır olan başqa bir ölkə yoxdur. Ermənistan yarı ölkədir, Gürcüstan isə tamamilə qərb dövlətlərinin təsiri altındadır. ABŞ büdcəsindən Gürcüstan hakimiyyətini dəstəkləyən ayrıca vəsait ayrılır. Bu kimsəyə sirr deyil. Buna görə də Azərbaycanla münasibətləri korlamaq Rusiya üçün heç sərfəli olmaz, o regionda ümumiyyətlə, öz gücünü itirər. Zəngəzur nəqliyyat dəhlizinin açılması isə Rusiya ilə Azərbaycanın qarşılıqlı əlaqələrinin daha da möhkəmnlənməsinə səbəb olacaq. Şuşa Bəyannaməsi Azərbaycanı siyasi risklərdən qoruyur.

- Yenidən müharibə başladılsa, Rusiya Ermənistana görə Türkiyə kimi müttəfiqi ilə üz-üzə gəlmək istəyərmi?

- Hesab edirəm ki, Ermənistanın hərbi-texniki potensialı 10 ilə də düzələn deyil. Bu 3-5 ilin işi deyil. Azərbaycan bu gücü 30 ildə topladı. Ermənistan hazırda potensial və real təhlükə deyil. Mən müntəzəm olara deyirəm, məsələ bundadır, 2-ci Ermənistan Respublikası xüsusi məqsədlə yaradılmışdı. Qafqazın bütün ermənilərini birləşdirmək, Miatsum xəyalını gerçəkləşdirmək. Azərbaycan bu ideyanı məhv etdi. İndi onların bundan sonra davam etmək üçün ideyaları yoxdur. Yalnız keçmişi bərpa etmək istəyirlər, gələcəyə dair bir fikir yoxdur. Hara gedəcəyini bilməyən gəmi üçün heç bir səmt küləyi fayda verməz. Ermənistandakı siyasi böhran ən azı 1 il davam edəcək. Bu prosess uzandıqca Azərbaycana qarşı müharibə etmək kimi bir gücü olmayacaq.

- Rəsmi Bakı 10 noyabr sazişinin müddəalarının daha sürətli həyata keçməsinə çalışacaq. Rusiya sülhməramlı ölkə olaraq bundan sonrakı addımlarında hansı yeniliklər edəcək?

- Kremldə kifayət qədər adekvat adamlar var. Putin reallıqlara kifayət qədər operativ cavab verir. Məncə, tezliklə Rusya Təhlükszlik Şurasının iclası çağırılacaq və ilkin təkliflər səsləndiriləcək. Bu ayın sonunda yeni təşəbbüslərin olacağına inanıram. İndi Azərbaycan həm diplomatik, həm hərbi siyasi sahədə güclənib. Azərbaycan indi öz fikirlərini sadəcə, eyham vurmaqla deyil, tələb şəklində qoya bilər və gərəkən addımları atar. Azərbaycanın siyasi təsir rıçaqları güclənib. Azərbaycan-Türkiyə dostluğu Rusiya- Ermənistan dostluğundan daha güclüdür. Rusiya bunu görür. İndi Azərbaycan xahiş yox, tələb etmək gücünə malikdir. Rusiya Ermənistanı öhdəliklərini yerinə yetirməyə vadar etməsə, Azərbaycan hansısa güc nümayiş etdirəcək.

- Sərhədlərin bölügüsü məsələsində Ermənistanı Rusiya təmsil edərsə, bizim tərəfimizdən prosesə Türkiyə qatıla bilərmi? Və ya mümkündürmü ki, prosesə Rusiya-Türkiyə birlikdə qatılsın?

- Məncə, yox. Sərhəd məsələsi dövlətlərarası məsələdir. Bu yalnız Ermənistan-Azərbaycan arasında həll olunmalıdır. Ermənilər əvvəlcə bu işə Moskvanı qatmağı dilə gətirirdilər. Şuşa Bəyannaməsindən sonra Azəbaycan da eyni rahatlıqla Türkiyəni dəvət edə bilər. Türkiyə indi balanslaşdırıcı rolu əlinə almış oldu. Şuşa Bəyannaməsindən sonra delimitasiya sürətlənəcək, daha hansısa təxrbatlara yol vermək imkanı azalacaq, Ermənstanın manevr qabiliyyətləri azalıb. Bu ilin sonuna qədər bu məsələnin tamamlanmasını gözləyirəm. Orta perspektivdə 2 il ərzində Azərbaycan və Ermənistan 2 sivil ölkə kimi ərazi bütövlüklərini, beynəlxalq səviyyədə tanınmış sərhədləri qarşılıqlı tanıyacaqlar.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »