Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotacirin üzərindən külli miqdarda heroin aşkarlandı
Heroin

Gəncədə narkotik maddə satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş məlumat əsasında Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Elvin Rzayev saxlanılaraq bölməyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman müxtəlif bükümlərdə, külli miqdarda narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

İlkin dindirilmə zamanı saxlanılan şəxs narkotik maddəni satmaq məqsədi ilə əldə etdiyini etiraf edib. Hazırda E.Rzayevə narkotik maddəni satan şəxs və ya şəxslərin kimliklərinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. Fakt üzrə Gəncə ŞBPİ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Bakıda güclü yanğın başladı - Video
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Avqustun 1-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »