Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan təkbaşına hökumət qurmaq imkanı qazandı
Paşinyan təkbaşına hökumət qurmaq imkanı qazandı

İyunun 20-də Ermənistanda parlament seçkiləri keçirilib.

Seçkilərdə iştirak etmək üçün 25 siyasi qüvvə - 21 partiya və 4 blok qeydiyyatdan keçib. Əsas mübarizə keçmiş naş nazir Nikol Paşinyan və Rusiyanın dəstəklədiyi Köçəryan arasında gedib.

Lakin ilkin nəticələrə əsasən, Paşinyan bütün rəqiblərini üstələyə bilib. Ermənistanda bu gün yerli vaxtla saat 07:00-a olan məlumata əsasən Mərkəzi Seçki Komisisyası (MSK) dünən keçirilən növbədənkənar parlament seçkilərində səslərin 95,8 %-ni hesablayıb. Bu göstəricilər 2008 seçki məntəqəsinin 1 945-nin nəticələridir.

“Paşinyan 55,02%-lə liderdir. Bu isə, Nikolun parlamentdə təkbaşına ağalıq etməsi deməkdir. 54%-dən çox səs təkpartiyalı hökumət deməkdir. Beləliklə, Paşinyan nəinki qalib gəldi, o, təkbaşına hökumət qurmaq və parlamentdə qanunları heç bir kənar qüvvənin köməyi olmadan qəbul etmək imkanlarına malik oldu. Koçaryanın bloku - 20,41%, Sarkisyanın bloku - 5,23%”.

Bu fikirləri politoloq Zaur Məmmədov səsləndirib.

Zaur Məmmədov Zaur Məmmədov

“Hələlik başqa partiyalar parlamendə düşə bilmirlər. Xatırladım kı, partiyalar üçün 5%, bloklar üçün isə 7% seçki baryeri mövcuddur. Eyni zamanda parlamentdə mütləq 3 partiya olmalıdır. Əgər üçüncü partiya keçmirsə, onu avtomatik qanunverici orqana daxil edirlər.

Görünən odur kı, parlamentdə Paşinyana rəqib keçmiş hakimiyyətlər, Qarabağ erməniləri olacaq. İşıqlı Ermənistan partiyası keçsəydi vəziyyət bir qədər fərqli ola bilərdi. Öz növbəsində Sarukyanın dördüncü partiya olmaması Koçaryan və Sarkisyanın manevr imkanlarını bir qədər daraldacaq”.

Verilən məlumatlara görə, Paşinyan Rusiya, Fransa, ABŞ, Aİ, İran və Gürcüstana təşəkkür edərək, KTMT və Avrasiya İttifaqı ilə əməkdaşlığı genişləndirəcəyini bəyan edib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »