Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda keçirilən seçkilərdə qanun pozuntuları qeydə alınıb
seçki

Ermənistanda keçirilən parlament seçkilərində bir çox qanun pozuntuları qeydə alınıb.

APA bildirir ki, bu barədə Ermənistanın yerli mediasında məlumat verilir.

Ermənistan polisi rəsmən elan edib ki, parlament seçkilərində 21 pozuntusu aşkar edilib. Hətta onlardan yeddisi cinayət əməli hesab olunur.

Ermənistan polisinin Baş Qərargah rəisi Armen Mkrtçyan bildirib ki, yeddi hadisədən dördü yenidən səsvermədə iştirak etmə cəhdidir.

Eyni zamanda MDB müşahidəçiləri missiyasının başçısı İlhom Nematov Ermənistanda seçkilərdə qanun pozuntularının qeydə alındığını vurğulayıb.

O, qeyd edib ki, parlament seçkiləri zamanı qeydə alınan qanun pozuntuları sistemli deyil və nəticələrə təsir edə bilmir.

Qeyd edək ki, seçkilərdə iştirak etmək üçün 25 siyasi qüvvə - 21 partiya və 4 blok qeydiyyatdan keçib.

Ölkədə 2008 seçki məntəqəsi var ki, onlardan 479-u İrəvan, 1529-u isə bölgələrdə yerləşir.

Əsas rəqiblər baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla, eks prezident Robert Koçaryan hesab edilir. Koçaryan seçkilərə "Ermənistan" blokunun lideri kimi qatılıb.

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Türkiyə Yunanıstana nota verdi
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Deputat Eldəniz Səlimov: "Səhv etmişəm, üzr istəyirəm"
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »