Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cavuşoğlu: “Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”
Cavuşoğlu: “Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”

“Rəsmi hazırlıqlarımız başa çatdıqdan sonra Şuşada baş konsulluq açılacaq və Türkiyənin Xarici İşlər Nazirliyi olaraq ən qısa zamanda oraya əməkdaşlarımızı göndərəcəyik və Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə iyunun 18-20-də Türkiyənin Antalya şəhərində keçirilən “Antalya Diplomatiya Forumu”nun (ADF) bağlanış mərasimində çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin sualların cavablandırarkən bildirib.

Nazir deyib ki, Türkiyənin Şuşada Baş Konsulluğunun açılması başqa bir məna kəsb edir.

Şuşa, Cıdır düzü, Ərdoğanın səfəri ərəfəsində Şuşa, Cıdır düzü

İki lider tərəfindən imzalanan Şuşa Bəyannaməsini dəyərləndirən M.Çavuşoğlu deyib ki, bu sənəd Türkiyə ilə Azərbaycan arasındakı ittifaqın ən yüksək səviyyədə olacağının sübutudur.

Son xəbərlər
Bütün xəbərlər »