Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveçdə saxta PCR testi qalmaqalı
İsveçdə saxta PCR testi qalmaqalı

İsveçdə 100 min nəfərə saxta koronavirus mənfi PCR testi ilə səyahət sənədi düzəldiyi iddiası əsasında bir çox səhiyyə şirkəti haqqında araşdırmalara başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, “Aftonbladet” qəzeti özəl səhiyyə şirkətlərinin ölkə üzrə 100 min nəfərə saxta PCR testi satdığını yazıb.

Xəbərdə milyonlarla dollarlıq mənimsəmə faktı iddia edilib, ölkə xaricinə çıxan şəxslərin istəyi əsasında saxta mənfi PCR testli səyahət sənədi düzəldildiyi irəli sürülüb.

Hadisəni araşdıran prokuror Aleksandra Biner sənədin gizli oldiğunu və şübhəlilər haqqında araşdırma aparıldığını bildirib.

Qeyd edək ki, İsveçdə dövlət xəstəxanaları və ambulatoriyalarda PCR testi vermək mümkün olsa da, səyahət sənədi verilmir. Bu səbəbdən ölkə xaricinə çıxan şəxslər özəl tibb müəssisələrindən 150 avroya PCR testi verib, səyahət sənədi ala bilərlər.

Son xəbərlər
Bütün xəbərlər »