Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Melikyan “Şuşa Bəyannaməsi” barədə: “Rusların Qarabağda uzun müddət qalması şübhəli görünür”
Melikyan “Şuşa Bəyannaməsi” barədə: “Rusların Qarabağda uzun müddət qalması şübhəli görünür”

“Demək olar ki, paralel olaraq NATO-nun baş katibi "Ukrayna və Gürcüstan üçün NATO qapılarının açıq olduğunu” dedi və Ərdoğanla Əliyev Şuşada "Müttəfiqlik Bəyannaməsi" imzaladı. Hər iki hadisə olduqca əlamətdar hadisələrdir”,- deyə qondarma “DQR” rejiminin keçmiş “xarici işlər naziri” Arman Melikyan Ermənistan mətbuatına açıqlamasında bildirib.

Onun fikrincə, artıq Türkiyənin Azərbaycanda bütün sahələrdə möhkəmlənməsinin qarşısını almaq mümkün deyil: "Xüsusən də Moskvanın bu iki hadisəyə reaksiyası olduqca diqqətçəkəndir. Yens Stoltenberqin açıqlaması kəskin mənfi reaksiya ilə qarşılandı. Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünün müharibə üçün bir əsas olacağı ifadə edildi. Amma Rusiya KİV-lərinin və ekspert-analitik çevrələrin "Şuşa Bəyannaməsinə", yəni  Azərbaycanın bir NATO üzvü, yəni Türkiyə tərəfindən nəzarətə götürülməsinə verdiyi reaksiya daha da diqqətçəkən görünür. Azərbaycan və Türkiyənin federativ və ya konfederativ bir dövlət çərçivəsində birləşmə perspektivi artıq bir neçə addım çərçivəsində olduqca əlçatandır. Ankara və Bakı bu yolu tutarsa, siyasi və diplomatik yollarla belə bir layihənin uğurla başa çatmasının qarşısını almaq mümkün olmayacaq. Bu baxımdan, indi NATO-ya üzv olmayan bir ölkənin NATO üzvü olan başqa bir ölkənin ərazisinə inteqrasiyası məsələsinə Moskvanın reaksiyası maraqlı olacaq.

Bu cür perspektivlər, 44 günlük savaş nəticəsində formalaşmış regional status-kvonu bir daha alt-üst etmək üçün tamamilə yetərlidir. Xüsusilə nəzərə alsaq ki, Azərbaycanın NATO ilə faktiki olaraq birləşməsi yolunda maneə yoxdur, hətta Ermənistanla Azərbaycan arasında ərazi mübahisələri də rəsmi əngəl olaraq aradan qalxıb. Bu vəziyyətdə, Ermənistan ilk növbədə Rusiya sülhməramlılarının Qarabağda uzun müddət qalmasının perspektivləri ilə maraqlanmalıdır. Amma bu vəziyyətdə hətta bu da son dərəcə şübhəli görünür.

Türkiyənin onsuz da hərbi, iqtisadi və mədəni varlığını şərqə, Cənubi Qafqaza doğru genişləndirmək üçün kartları var. Bu baxımdan Şuşada imzalanan sənəd Türkiyənin gələcəkdə Azərbaycanı mənimsəməsinin bir müqəddiməsidir”.

Onun fikrincə, hazırda Türkiyənin Azərbaycanda möhkəmlənməsinin günahı elə Rusiyanın özündədir: “2016-cı ildən bu yana Ruisya regionda kommunikasiyaların açılmasına çalışır. Elə bununla da Rusiya özü həm Azərbaycanda, həm də bütün Cənubi Qafqazda Türkiyənin mövqelərinin kəskin şəkildə güclənməsinə öz töhfəsini verib”.

Son xəbərlər
Bütün xəbərlər »