Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Füzulidə ölümlə nəticələnən yol qəzası baş verib
Füzulidə ölümlə nəticələnən yol qəzası baş verib

Füzuli rayonunda üç maşının iştirakı etdiyi, ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Qayıdış-1 qəsəbəsi ərazisində Böyük Bəhmənli kənd sakini Asim Hüseynovun idarə etdiyi “QAZel”, Beyləqan rayon sakinləri C.Camalovun idarə etdiyi “VAZ-21154” və V.Süleymanovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində A.Hüseynov və sərnişini Səxavət Səfixanov hadisə yerində ölüb, digər sürücülər və 4 sərnişin xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »