Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
620 hektar ərazidə narkotik tərkibli titkilər aşkarlanıb
620 hektar ərazidə narkotik tərkibli titkilər aşkarlanıb

Yardımlıda yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları xidməti ərazidə yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar ediblər.

Rayonun Alar kəndi ərazisində 620 hektar sahədə yabanı halda bitmiş ümumi yaşıl kütləsi 16500 kiloqram olan 42350 ədəd xaş-xaş kolları aşkar edilib və yandırılmaqla məhv edilib.

Son xəbərlər
Bütün xəbərlər »