Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlər Kabineti işğaldan azad edilən ərazilərdə tikilən hava limanları ilə bağlı qərar verib
Nazirlər Kabineti işğaldan azad edilən ərazilərdə tikilən hava limanları ilə bağlı qərar verib

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.

Bizimyol.info xəbər verir ki, dəyişiklikyə əsasən, Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilib.

Bu bəndlə müəyyən edilən mal nomenklaturasına müvafiq idxal olunan malların Füzuli, Laçın və Zəngilan beynəlxalq hava limanlarının tikintisi üçün istifadəsinin təsdiq edilməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçiriləcək.

Bu mallar gömrük idxal rüsumuna cəlb olunmayacaq. Bu Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2024-cü il 1 yanvar tarixinədək qüvvədədir.

Son xəbərlər
Bütün xəbərlər »