Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İki övladı olan şəhidin ailəsi Bakıda yeni ikiotaqlı mənzillə təmin edilib
İki övladı olan şəhidin ailəsi Bakıda yeni ikiotaqlı mənzillə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Ramil Mürşüd oğlu Yusifovun ailəsini ziyarət edib.

Bizimyol.info xəbər verier ki, nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin baş giziri olmuş Ramil Yusifov Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə iştirak edib, Suqovuşan istiqamətində döyüşlərdə şəhid olub. İki övladı olan şəhidin ailəsi Bakının Ramana qəsəbəsində yeni ikiotaqlı mənzillə təmin edilib.

Şəhid ailəsi

Görüş zamanı Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi möhtəşəm Zəfərdən, həmçinin Ramil Yusifovun Vətən müharibəsində göstərdiyi igidliklərdən bəhs edilib.

Agentliyin sədri ailənin sosial vəziyyəti ilə maraqlanıb. O, ailənin yaşayışının hər zaman diqqətdə saxlanacağını vurğulayıb. Şəhid ailələri üçün nəzərdə tutulan digər dəstək tədbirləri ilə əhatə olunacaqlarını da qeyd edib.

Hərbi xidməti dövründə 6 medal və 11 fəxri fərmanla təltif edilən tank komandiri Ramil Yusifov dövlət başçısının Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.

Son xəbərlər
Bütün xəbərlər »