Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin gəmi əleyhinə raketinin sınağı uğurla başa çatdı
Türkiyənin gəmi əleyhinə raketinin sınağı uğurla başa çatdı

Türkiyənin gəmi əleyhinə raketi “Atmaca” ("Şahin") ordunun silahlandırılmasına daxil olmazdan əvvəl son sınaq zamanı gəmi formalı suüstü hədəfi müvəffəqiyyətlə vurub.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün tvitterdəki səhifəsində bildirib. Dövlət başçısının sözlərinə görə, həlledici sınaq bu gün keçirilib.

“Vətənimizin polad qılıncı, gəmi əleyhinə raket “Atmaca” hərbi arsenala daxil olunmasından əvvəl bu gün son sınağı zamanı ilk dəfə gəmi şəklində hədəfi vurdu. Silahlı Qüvvələrimizə və Donanmamıza xeyirli, uğurlu olsun”, - prezident sosial şəbəkədəki hesabında yazıb.

Türkiyə Prezidenti həmçinin raketin müvəffəqiyyətli sınağını əks etdirən videonu da paylaşıb.

Son xəbərlər
Bütün xəbərlər »