Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan Ermənistanda seçkilərdən sonra sabitliyin pozulmayacağını hesab edir
Paşinyan Ermənistanda seçkilərdən sonra sabitliyin pozulmayacağını hesab edir

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan 20 iyunda keçiriləcək erkən parlament seçkilərindən sonra ölkədə sabitliyin pozulmayacağını düşünür.

TASS xəbər verir ki, bunu Paşinyan Ermənistanın İctimai televiziyasına müsahibəsində deyib.

“Seçkidən sonra heç bir hadisə olmayacaq. Seçkilərin saxtalaşdırılmadığı ölkələrdə seçkisonrası gərginlik baş vermir. Ancaq ölkədə vətəndaş müharibəsini istəyən bəzi qüvvələr var. Bunlar o qüvvələrdir ki, hakimiyyətləri dövründə 27 oktyabrda (1999-cu ilin bu günü parlamentdə terror aktı törədilib) və 1 martda (2008-ci ilin bu günü polislə qarşıdurma baş verib, ölənlər olub) belə hadisələr baş verib.

Paşinyan, həmçinin tərəfdarlarının iştirakı ilə 21 iyun tarixində mitinq olacağını açıqlayıb.

Ermənistanda növbədənkənar parlament seçkiləri ölkədəki uzun sürən daxili siyasi böhrandan sonra iyunun 20-nə təyin edilib.(apa)

Son xəbərlər
Bütün xəbərlər »