Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Gürcüstan və Ukrayna NATO-ya üzv ola bilər” – Qərb mətbuatı
“Gürcüstan və Ukrayna NATO-ya üzv ola bilər” – Qərb mətbuatı

Qərb mətbuatında ABŞ prezidenti Co Baydenin rus həmkarı Vladimir Putinlə görüşünə həsr olunmuş xeyli yazıya rast gəlmək mümkündür. Yazılarda çoxdan gözlənilən görüşə müxtəlif bucaqlardan yanaşma var. “Der Spiegel” də müşhadilərini yazıb.

Bizimyol.info xəbər verir ki, Almaniya jurnalının yazısında Bayden müəyyən qədər tənqid olunub. Jurnalist Bettina Qaus ABŞ prezidentinin özünü müdrik aparmadığını düşünür.

“Bayden görüşdə Qərbin üstünlüyünü göstərmək istəyirdi. Amma rəqibin aşağılanması heç vaxt müdriklik sayılmayıb. Putini cinayətkar siyasətçi saymaq olar. Buna baxmayaraq, onun sarkazmını yüksək qiymətləndirmək lazımdır. Rusiya lidereri deyir ki, Bayden ailəsindən, anasından danışıb. Putin onun gözlərində ümid qığılcımları gördüyünü bildirib. Bayden isə 2011-ci ildə Putinin gözlərində ruhsuzluq sezdiyini demişdi”.

Məqalədə bildirilir ki, hər iki tərəf məqsədinə çatıb: “Onları çıxışları haqda Yaponiyada, Çində, Türkiyədə və ya Almaniyada insanların nə düşünməsi maraqlandırmır. Onlar öz publikaları üçün oynayırdılar”.

“Der Spiegel” hesab edir ki, əslində, Qərb, xüsusilə NATO Rusiya ilə əməkdaşlığın əleyhinə deyil. Görüşdə də bu xətt hiss olunub. Vacib məqam Çinin adının, ümumiyyətlə, çəkilməməsidir.

“Putin suveren dövlətin rəhbəri rolunu oynayırdı. Bayden üçün isə əsas o idi ki, Putinə Tramp olmadığını göstərsin”.

“Der Spiegel”in müşahidəsinə görə, tərəflər görüşdən narazı qayıtmayıb. Hər iki ölkə rəhbərliyi sülhpərvər açıqlamalar verir. Yəni xüsusi gərginlikdən söhbət gedə bilməz.

“Onlar irəlidə müxtəlif məsələlərin müzakirəsini davam etdirəcəklər. Geri çağırılan səfirlər də xidmət yerinə qayıdacaq”.

Almaniya jurnalı yazıda Putinin Ukrayna və Gürcüstanın NATO-ya qəbul olunmaq ehtimalına münasibətindən də bəhs edib. “Der Spiegel” hesab edir ki, Rusiya prezidenti buna göz yuma bilər. Beləcə, böyük rəğbət qazanar. Yəni yaxın zamanlarda bu iki ölkənin NATO üzvü olması istisna deyil. Amma postsovet ölkələrinin NATO-ya qəbuluna isti yanaşmaq Putin üçün həm də Rusiya maraqlarına xəyanətdir.

Son xəbərlər
Bütün xəbərlər »