Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Beynəlxalq Bankından sahibkarlar üçün təlim
Azərbaycan Beynəlxalq Bankından sahibkarlar üçün təlim

Azərbaycan Beynəlxalq Bankı Sahibkarlar Klubuna üzv olan bir qrup iş adamı üçün Dövlət Vergi Xidmətinin Şamaxıda yerləşən Tədris Mərkəzində təlimlər təşkil edəcək.

29-30 iyun tarixlərində keçiriləcək təlimlərə Dövlət Vergi Xidməti, KOBİA və AMEA-nın İqtisadiyyat İnstitutu da dəstək verəcək. Tədbir iştirakçılarına düşməndən azad edilmiş ərazilərimizdə sahibkarlığın inkişafı və yeni biznes imkanları, Azərbaycan Beynəlxalq Bankının iş adamlarına təqdim etdiyi məhsul və xidmətlər, eləcə də mühasibatlıq, biznesin təkmilləşdirilməsi ilə bağlı mövzular təqdim ediləcək. İki günlük təlimlər zamanı sahibkarlar yeni tərəfdaşlıqlar yaratmaq imkanı da qazanacaqlar.

Azərbaycan Beynəlxalq Bankının Korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli bildirib:

“Sahibkarlar Bankımız üçün sadəcə önəmli müştəri qrupu deyil, eyni zamanda ölkə iqtisadiyyatının inkişaf qaynağıdır. İş adamlarımıza fəaliyyətləri boyunca kömək göstərmək, onların bazardakı yeniliklərə çevik şəkildə uyğunlaşmalarına nail olmaq üçün imkanlarımızdan istifadə edərək hər sahədə dəstəyimizi davam etdiririk. Bankımızın öz tərəfdaşları ilə birgə keçirdiyi “Sahibkarlar Klubu təlimləri” də sahibkarlar qrupu üçün effektiv tədbirlərimizdən olacaq”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »