Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xarici mobil operatorlar niyə Azərbaycana buraxılmır...
Xarici mobil operatorlar niyə Azərbaycana buraxılmır...

Bütün dünyada fəaliyyət göstərən Vodafone, Orange, T-Mobile, MTS, Beeline və digər mobil operatorlar ölkəyə buraxılmır. Bunun səbəbi nədir?

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bizimyol.info saytına bildirib ki, qeyd edilən mobil operatorların fəaliyyəti ilə bağlı müraciətlərin olub-olmamasından xəbərsizdir. Ancaq ölkədə fəaliyyət göstərən mobil operatorlar sahəsində rəqabət yetərli deyil:

Osman Gündüz Osman Gündüz

“Mobil operatorlar bazarında müxtəlif xidmətlər var. Rəqabət isə yetərli deyil. Yəni burda rəqabətin gücləndirilməsi üçün əlavə addımların atılmasına ehtiyac var. Ölkədə fəaliyyətdə olan 3 qurum arasında olan rəqabəti gücləndirmək və yaxud bazara əlavə oyunçu daxil etmək və s. bu istiqamətdə düşünmək lazımdır”.

Osman Gündüzn fikrincə, ümumiyyətlə, dünyada adətən, minimal olaraq 4 provayderin, 4 mobil operatorun olmasının separat sövdələşmələrə şərait yaradılmaması baxımından, yəni mobil operatorların öz aralarında sövdələşmələrə şərait yaradılmaması baxımından "dünyada ən azı 4 operatorun olması" kimi bir yazılmayan qanun var. Yəni ökələrdə 4 operator olanda razılığa gəlmək çətin olur deyə belə bir yazılmayan razılaşma var. Yəni bu ölkələrdə mobil operatorlar arasında güclü rəqabət olsun deyə belə addımlar atılır.

Ekspert əlavə edib ki, yaxın zamanlarda mobil bazarda müstəqil tənimləyici qurumun yaradılması gözlənilir: “Xatırlayırsınızsa, Prezident yeni naziri qəbul edən zaman müzakirələrdə bu təmzimləmə məsələlərində yeni korporativ idarəetmə məsələlərinə, rəqabət məsələlərinə xüsusi diqqət yetirmişdi. Bu o deməkdir ki, bazarda yeni tənzimləyici mexanizmin işə salınacağını gözləmək olar. O mexanizmdə bu məsələyə diqqət yetirilməlidir. Bu tənzimləyici qurumun elə qaydaları olmalıdır ki, provayderlər, operatorlar, telekommunikasiya şirkətləri sövdələşmə qura bilməsinlər və rəqabət olsun".

Qeyd edək ki, ölkəyə dünyada fəaliyyət göstərən mobil operatorların buraxılmamasının kökündə inhisarçılq və monopoliya durur. İnhisarçılıq və monopoliyanı aradan qaldıran qanun layihəsi Rəqabət Məcəlləsi isə 2006-cı ildən hələ də müzakirə edilir.

Millət vəkili Vüqar Bayramovun fikrincə, ölkə iqtisadiyyatında rəqabətin gücləndirilməsi həyata keçirilən iqtisadi siyasətin prioritetlərindən biridir: "Nəzərə alsaq ki, 2030 sosial-iqtisadi, sosial-inkişaf strategiyasında da məhz rəqabətin gücləndirilməsi ilə bağlı islahatların davam etdiriliməsi əsas istiqamətlərdən biri kimi qeyd olunub. Bu baxımdan rəqabətin gücləndirilməsi eyni zamanda qanunvericilik bazasının daha da təkmilləşdirilməsinin və "Rəqabət Məcəlləsinin” qəbulunu da vacib hesab edir".

Vüqar Bayramov Vüqar Bayramov

Millət vəkili qeyd edib ki, rəsmi açıqlamalarda Rəqabət Məcəlləsinin işlənilməsi və qəbulu üzrə işlərin getdiyi bildirilir. Bu kontekstdə məcəllənin qəbulu vacib məqamlardan biri hesab edilir.

"Mən düşünürəm ki, bu iqtisamətdə işlərin daha intestiv şəkildə həyata keçirilməsi məqsədəuyğun olardı. Çünki “Rəqabət Məcəlləsi” bütünlükdə bazarda rəqabətin gücləndirilməsi və monopolyanın aradan qaldırılması baxımından çox vacibdir. İqtisadiyyat Nazirliyinin Rəqabət Məcəlləsinin hazırlanması prosesini dəstəkləməsi də təqdirəlayiqdir” - deyən millət vəkili vurğulayıb ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi Azərbaycan iqtisadiyyatında rəqabətin gücləndirilməsi üçün yeni meyarların formalaşmasına bir qədər imkan yaradacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »