Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tibb bacılarına 500 dəfə “mən axmağam” yazdıran baş həkimlə bağlı yeni təfərrüatlar
Tibb bacılarına 500 dəfə “mən axmağam” yazdıran baş həkimlə bağlı yeni təfərrüatlar

Türkiyənin Antalya şəhərində Kumluca dövlət xəstəxanasının baş həkimi vəzifə səlahiyyətlərini özünəməxsus şəkildə aşıb. Ayşegül Alkan tibb bacılarını 500 dəfə “mən axmağam” yazmağa məcbur edib. İndi baş həkimi buna görə məhkəməyə verirlər.

Bizimyol.info xəbər verir ki, hadisə 2020-ci ilin dekabrın 13-də baş verib. Həmin gün baş həkim xidmət sektoruna nəzarət zamanı iki tibb bacısının yerində olmadığını müəyyənləşdirib. Ayşegül Alkan dərhal Merve Şahiner Çalışkanı və Ayşe Yetkini cəzalandırmaq qərarına gəlib. Baş həkim onların hər birinə 500 dəfə “mən axmağam” yazdırıb. Tibb bacıları əvvəlcə buna razı olmayıb, sonradan işini itirmək istəmədiyindən qələmi əlinə götürüb. Onlara 500 dəfə təhqiredici ifadəni yazmaq üçün A4 formatlı 7 kağız lazım olub.

Bəlkə də, məlumat mediaya sızmasaydı, məhkəmə söhbəti ortaya çıxmayacaqdı. Saytlar bu haqda yazandan sonra tibb bacıları ciddi narahatlıq keçirib. Onlar çox aşağılandıqlarını hiss ediblər. Merve Şahiner Çalışkan və Ayşe Yetkin əvvəlcə Səhiyyə Nazirliyinə müraciət ünvanlayıb. Nazirlik baş həkimi dərhal vəzifəsindən uzaqlaşdırıb. Nazir Fahrettin Koca Ayşegül Alkanın hərəkətinə görə çox qəzəblənib. O, jurnalistlərin qarşısında belə hərəkətə dözmək mümkün olmadığını bildirib.

Ayşegül Alkan mətbuata açıqlamasında yazılanların, deyilənlərin həqiqətə uyğun olmadığını söyləyib. Amma iş orasındadır ki, ortada dəlillər var. Tibb bacılarının yazdığı vərəqlər masa üzərinə qoyulub. Həm də Merve Şahiner Çalışkan və Ayşe Yetkinin “mən axmağam” yazmağa necə məcbur edildiyini görən iş yoldaşları olub. Şahidlərin olması keçmiş baş həkimin yalnız zərərinə işləyir.

Tibb bacıları iddia ərizəsi hazırlayaraq Kumluca məhkəməsinə müraciət edib. İyunun 18-də hazırlıq iclası keçirilməliydi. Hakimin səhhətində problem yarandığından, iclas təxirə salınıb. İclasın gələn həftə baş tutacağı gözlənilir.

Mətbuat Ayşegül Alkanın işini Finike dövlət xəstəxanasında davam etdirdiyini öyrənib.

Son xəbərlər
Bütün xəbərlər »