Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda Türkiyə hərbi bazası Rusiyanı qorxutdu, Kreml təhdid etdi
Azərbaycanda Türkiyə hərbi bazası Rusiyanı qorxutdu, Kreml təhdid etdi

Rusiya Türkiyə və Azərbaycanla bağlı kritik açıqlama yayıb. Bu sətirlər Türkiyə mediasında yer alıb. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Türkiyə Azərbaycanda  hərbi baza  yaradarsa, Rusiya müəyyən addımlar atmalı olacaq. Peskov bəyan edib ki, Rusiya Türkiyənin hərbi baza qurmaq istəyini yaxından təqib edir.

“Türkiyənin bu həmləsi qarşısında Rusiya öz təhlükəsizliyini və maraqlarını təmin etmək üçün addımlar atmalı olacaq. Rusiya Cənubi Qafqaqzda  vəziyyəti sabit saxlaya bbilmək üçün NATO ölkəsi olan Türkiyə ilə yaxın münasibətlərdə oldu”,- deyə o bəyan edib.

Dmitri Peskov Dmitri Peskov

Qeyd edək ki, 2 gün öncə Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycanda Türkiyə hərbi bazasının qurula biləcəyi barədə fikirləri cənab Ərdoğan da dilə gətirib. O qeyd edib ki, bu barədə Azərbaycan və Türkiyə arasında məsləhətləşmələr aparılacaq. Məsləhətləşmələr başlamadan Peskovun verdiyi bu açıqlama Rusiyanın bu məsələyə heç də isti baxmayacağı anlamına gəlir.

“Rusiya Qarabağda vəziyyətin sabitləşməsi ilə bağlı Azərbaycan, Türkiyə və Ermənistanla sıx təmasdadır. Bu məsələ ilə bağlı atılan bütün addımlar Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə, infrastrukturun, nəqliyyat logistikasının inkişafına gətirib çıxarmalıdır. Eyni zamanda bu addımlar gərginliyin artımına xidmət edəcək heç bir elementə yol açmamalıdır",- deyə Peskov bəyan edib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »