Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda daha bir tragikomediya: “Məmur valı əyri olan kombaynı mənə sırıyıb belimi qırdı”
aqrar sektor, əkin, kənd təsərrüfatı, fermer

Redaksiyamıza Ucar rayonu Məlikballı kənd sakini Ağakişiyev Ramil Məhəmməd oğlu tərəfindən şikayət məktubu daxil olub. Məktubda bildirilir ki, "Aqroservis" ASC-nin Yevlax RN-nin direktoru Cabbar Tağıyev vəzifə səlahiyyətlərindən və mənim savadsızlığımdan sui-istifadə edərək, vətəndaşa nasaz KLASS markalı taxılbiçən kombayını müqavilə ilə verib.

“Həmin kombaynı cəmi 1 gün işlədikdən sonra xarab oldu. Mütəxəsis yoxlayan zaman məlum oldu ki, həmin nasazlıq əvvəldən olub. Bununla da bizə məlum oldu ki, Cabbar Tağıyev bizi aldadıb xarab kombaynı bizə vermişdir. Taxıl biçininin qızğın bir vaxtında bizə qarşı edilən bu qanuna zidd hərəkətlər cinayət əməli hesab edilir.

Belə ki, "Aqroservis" ASC-i ilə kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə 26.04.2021-ci il tarixdə № 02/00857 nömrəli müqavilə bağlayıb CLASS markalı kombaynı lizinq yolu ilə götürmüşük. Həmin vaxt tələb olunan 5000 (beş min) manat pulu ödəmişəm”.

Şikayətçinin sözlərinə görə, kombayn ustası yoxlayıb və bildirib ki, taxıl əzənin valında əyrilik var. Bu düzəltmək üçün isə 8000 manat pul lazımdır.

“Mənə kombaynı lizinq yolu ilə verən zaman kombaynın tam saz və işlək vəziyyətdə olması bildirildi. Texniki vəziyyət haqqında AKT-1-də Kombaynın tam saz vəziyyətdə olması qeyd edilib. "Aqroservis" ASC ilə aramızda bağlanmış 26.04.2021-ci il tarixli müqavilədə bu öz əksini tapıb. Ancaq taxıl yığan kombaynı təhvil aldıqdan sonra 250 manata akkumulyator almışıq, ümumilikdə işlək vəziyyətə gətirilməsi üçün 2000 (iki min) manat pul xərcləmişik. Ancaq "Aqroservis" ASC-nin Yevlax RN-nin direktoru Cabbar Tağıyev mənim savadsızlığımızdan və öz vəzifə səlahiyyətlərindən sui-istifadə edib müqavilədə və taxıl yığan kombaynın tam saz vəziyyətdə olmasına dair akta mənə imza etdirib.

Taxıl mövsümünün qızğın vaxtında belə bir nasaz texnikanın bizi aldadıb verilməsi dələduzluq cinayətidir ki, bizə qarşı "Aqroservis" ASC-nin Yevlax RN -nin rəhbəri Cabbar Tağıyev edib”.

Ramil Ağakişiyevin sözlərinə görə, onun himayəmdə üç azyaşlı övladı var və yalnız gəlir yeri bu işdir.

“Alın təri ilə işləyib qəpi-qəpik yığdığım pulun 5000 manatını lizinqə ödədim, 2500 manat isə kombayna pul xərclədim. Ancaq aldadıb valı əyri olan kombaynı mənə sıranması belimi qırdı. Ailəm aclıq yoxsulluq içində yaşayacaq. Ümid etdim ki, dövlət idarəsidir qanunları ali tutub məni aldatmazlar qanunu iş görərlər.

Ancaq tam əksinə oldu "Aqroservis" ASC-nin Yevlax RN-nin direktoru Cabbar Tağıyev məni aldatdı.

"Aqroservis" ASC-nin Yevlax RN-nin direktoru Cabbar Tağıyevin mənə qarşı etdiyi bu dələduzluq barədə Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimova, "Aqroservis" ASC-nin İdarə Hüyətinin sədri cənab Elmin Rəhmanova şikayət ərizələri teleqramlarla müraciət etmişəm.

Mətbuat vasitəsilə də müraciət ünvanlayıb xahiş edirəm ki, şikayətimi yerində və bizim iştirakımızla obyektiv araşdırıb mənə qarşı dələduzluq etmiş "Aqroservis" ASC-nin Yevlax RN-nin direktoru Cabbar Tağıyevin barəsində qanuni tədbirlər görəsiniz”.

Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqroservis" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Ucar rayonu, Məlikballı kənd sakini Ağakişiyev Ramil Məhəmməd oğlu cari ilin taxıl biçini mövsümündə taxılyığan kombaynın müqavilə əsasında onun müvəqqəti istifadəsinə verilməsi ilə əlaqədar “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Yevlax Regional Nümayəndəliyinə müraciət edib və müraciət nəzərə alınaraq 2021-ci ilin 26 aprel tarixində “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Yevlax Regional Nümayəndəliyi ilə Ağakişiyev Ramil Məhəmməd oğlu arasında qanunvericiliyin tələblərinə əməl edilməklə müqavilə bağlanmış və müqavilənin predmeti olan taxılyığan kombayn saz vəziyyətdə onun istifadəsinə verilib.

“Belə ki, Ramil Ağakişiyev özünün gətirdiyi bir neçə şəxs və Yevlax Regional Nümayəndəliyinin əməkdaşları ilə birlikdə RN-nin istismarında olan buraxılış ili 2014-cü il, şassi nömrəsi 15611701 və 66 K 121 dövlət nömrə nişanlı Class Dominator -130 markalı taxılyığan kombayna ətraflı baxış keçirmiş və kombaynın işlək vəziyyətdə olduğuna tam əmin olduqdan sonra müvafiq sənədləşmə işləri aparılmaqla müqavilə rəsmiləşdirilmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq, ödəniş etdikdən sonra Ramil Ağakişiyev elə həmin gün texnikanı saz vəziyyətdə təhvil alması barədə aktı imzalayaraq götürmüş və taxıl biçini öncəsi hazırlıq çərçivəsində texniki qulluq işlərinin aparılması məqsədilə yaşadığı Ucar rayonuna aparmışdır.

Ramil Ağakişiyev müqavilənin bağlanması tarixindən bir aydan artıq vaxt keçməsinə baxmayaraq, biçinə başladıqdan sonra Yevlax Regional Nümayəndəliyinə şifahi qaydada (mobil telefonu vasitəsilə) müraciət edərək istifadə etdiyi müddətdə kombaynda nasazlıq yarandığını bildirmiş, ona köməklik göstərilməsini xahiş etmişdir. Cəmiyyətin əməkdaşı texnikaya yerində baxış keçirilməsi məqsədilə Ucar rayonuna getmiş və nasaz hissənin təmir edilməsinə köməklik göstərilməsini təklif etmişdir. Lakin Ramil Ağakişiyev istifadə etdiyi müddətdə yaranmış nasazlığı təmir etdirməkdən imtina etmişdir. Halbuki, Ramil Ağakişiyev “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Yevlax Regional Nümayəndəliyi ilə bağladığı müqavilənin şərtlərinə əsasən texnikanın təyinatı üzrə səmərəli istifadə edilməsi, saz vəziyyətdə saxlanılması, vaxtında texniki xidmətlərin aparılması, eləcə də təmirinin həyata keçirilməsinə dair öhdəlik götürmüşdür.

Beləliklə, Ramil Ağakişiyevin iddialarının tam əsassız olduğu və real faktlara uyğun gəlmədiyi müəyyən edilmişdir”,-deyə Aytəkin xanım bildirib.

Leyla Mirzə

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Milli Məclisdə “kədərli” anlar…
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› "Deputatın yiyəsi yoxdur" – Bəs xalq kimin yiyəsidir...
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
Son xəbərlər
Bütün xəbərlər »