Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycanda "ali təhsil aldığıma görə peşmanam" deyən 10 minlərlə insan var”
Bakı Dövlət Universiteti

Dünən Tələbələr üçün Təhsil Kredit Fondu yaradıldı. Bu bir çoxlarını sevindirsə də, ekspertlər eyni fikirdə deyillər. Elə cəmiyyətdə də fikir ayrılıqları yaranıb. Təbii ki, fonddan istifadə edib-etməmək hər kəsin özünə qalmış bir məsələdir. Məcburi heç nə yoxdur. Dövlət şəraiti yaradıb. Yaratmasaydı da, bir fərqli şəkildə səslər eşidiləcəkdi.

Hüquqşünas Ələsgər Əhmədoğlu hesab edir ki, özlüyündə gözəl təşəbbüs olsa da, müəyyən dəqiqləşmələr edilməlidir.

Ələsgər Əhmədoğlu Ələsgər Əhmədoğlu

“Bu fond ailəsi olmayan, ailəsi kasıb olan, lakin istedadlı olub, oxumaq istəyən, repetitor yanına gedə bilməyib pulsuz təhsil üçün tələb olunan yüksək balı toplaya bilməyənlərə yeni imkan qapısıdır.

Kreditin miqdarı, geri qaytarılma şərtləri məsələsi yəqin ki, dəqiqləşəcək. Çünki müəyyən aydın olmayan məqamlar mövcuddur. Məsələn, bir tələbə universitetə təhsil haqqını illik olmaqla hər il üçün ödəyir. Kreditlə bağlı bu ödəniş hesab edirəm ki, birdəfəlik olmalı və 4 ili əhatə etməlidir. Tələbə hər il maliyyə-kredit məsələləri ilə məşğul olmamamlıdır. Kreditin miqdarı isə Fərmanda deyildiyi kimi yox, 4 illik təhsil haqqının miqdarından çox olmamalıdır. Kreditin geri ödənilməsi isə azı 5 il sonra başlamalıdır.

İqtisadçı Eldəniz Əmirovun fikrinə görə, 5 il sonra bu fondun yaratmış olduğu fəsadları görəcəyik.

Eldəniz Əmirov Eldəniz Əmirov

“Bu fondun yaradılmasının qəti əleyhinə idim. Ona görə ki, mən ümumiyyətlə, ödənişli təhsilin əleyhinəyəm, o ki qaldı kredit götürüb, hansısa universitetə yedirəsən, sonra da illərlə kredit yükü daşıyasan.

Azərbaycanda "mən ali təhsil aldığıma görə peşmanam" deyən 10 minlərlə insan var. Onlar kifayət qədər bal toplayaraq ödənişsiz təhsil almış insanlardır. Hətta bunların işlə təminatında ciddi problemlər var. İndi təsəvvür edin ödənişsiz təhsilə bəs edəcək bal toplaya bilməyən, qonşudan qohumdan geri qalmasın deyə “qoy mənim də diplomum olsun” deyən neçə min insan var.

Sonra da diplomu aksesuar kimi evdə qalıb. İş tapmaq dünyanın ən böyük problemidir. Universitetdə ağzı ilə quş tutan uşaqlar məzun olduqdan sonra iş tapmaqda çətinlik çəkirsə, 3-5 balla birtəhər pulluya düşüb, oranı da sürünə-sürünə qurtaran insan necə iş tapacaq. Əgər adamı yoxdursa?! Fond da imtina etməyəcək və vətəndaşın seçdiyi universitetə pul ödəyəcək. Fond faizlərdən qazanacaq, unversitetlər isə kütləvi axından bayram edəcək. Bəlkə də məsələnin kökünü araşdırsaq, görərik ki, bu fondun yaradılmasında ən maraqlı tərəflər elə universitetlər olub, prosesi ciddi tətikləyiblər.

O pulun 20 faizini xərcləyib gənci yaxşı bir peşə sahibi etmək olar, məsələn, çox ehtiyac duyulan avtomobil elektriki. Bunlar bizim bu gün yaşadığımız “incə faciə”dir”,- deyə ekspert qeyd edib.

Sosial şəbəkə istifadəçiləri də məsələyə münasibət bildiriblər.

“Bəs attestatla gedib xaricdə təhsil alanları neyləyək? Ən böyük problem onlardır. İllərlə oxu, ödənişsiz təhsil al, burada 2 alan sagird on ildən sonra gəlsin olsun Avropa təhsilli , sən də qalasan kənarda”.

“Məhkəmələrdə predmet baxımından yeni mülki mübahisələr olacaq. Kredit borcunu ödəmədiyinə görə borcluya qarşı iddia qaldırılacaq”.

“Krediti götürən valideyn vəfat edərsə, o tələbə qalır borc altında”

Bax, bu kimi fikirlər dolaşmaqdadır. Hər bir halda oxumaq da, oxumamaq da hər kəsin öz seçimidir. Bizim xalq olaraq diplom sevdamız var , bunu gizlətməyək. Yaxşı sənətkara hörmətimiz də var. Amma nədənsə uşaqların sənətkar olmasını arzulayan valideynlərin sayı azdır. Tələbə adını qazanan gəncin ətrafında təbriklər uçuşur, sevinc-sevincə qarışır. Əslində isə bu elə də böyük nailiyyət deyil. Qazana bilməyən, peşə yolunu tutan gəncləri də bu duyğu incidir. Əslində dəyişməli olan gənclik yox, öz reallaşmamış arzularını onlarla çin etmək istəyən, heç nəyi görmək istəməyən orta nəsildir.

İlhamə

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Nazir iki polis polkovnikini işdən çıxarıb
Son xəbərlər
Bütün xəbərlər »