Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusa yoluxan və ölənlərin sayı kəskin azalıb: Virus dəyişibmi...
Koronavirus, oksigen balonu, süni nəfəs aparatı

İyun ayının 17-nə olan məlumata əsasən, Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 153 nəfər müalicə olunaraq sağalıb, 48 yeni yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirusdan ölüm halı qeydə alınmayıb.

Hazırkı dövrədək ölkədə 335 min 339 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 329 min 191 nəfər müalicə olunaraq sağalıb, 4959 nəfər vəfat edib. Aktiv xəstə sayı 1189 nəfərdir. Ötən müddət ərzində 3 milyon 653 min 74 test aparılıb. 17.08. 2021-ci il tarixinə olan test sayı isə 8162-dir.

Son günlərin yoxulma saylarına nəzər saldıqda görürük ki, ölkəmizdə yoluxma və ölüm sayı xeyli aşağı düşüb. Hətta 10 gündən 3-də ölüm sayı qeydə alınmayıb. Bunun səbəbi hamımıza maraqlıdır. Koronavirusun gedişatı yüngülləşib, yoxsa bu müsbət nəticə peyvəndlənmədən asılıdır?

İnfeksionist Sadiqə Əliyeva Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bu peyvəndlənmə işinin təşkili, əhalinin sanitar, epidemioloji qaydalara riayət etməsi ilə əlaqədardır.

Sadiqə Əliyeva Sadiqə Əliyeva

“Çox sevindirici haldır ki, son 10 gün ərzində yoluxma sayı 100-ün altındadır və ölün sayı xeyli azalıb. Ümid edirəm ki, biz peyvəndlənmə işini uğurla yekunlaşdıra bilsək, xəstəliyin həyatımızdan tamamilə çıxmasına nail ola bilərik. Çünki peyvəndlənmə tibbə məlum olan ən effektiv vasitələrdən biridir.

Dünyanın bir çox ölkələri bu peyvəndləri almağa cəhd etmiş, lakin buna nail ola bilməmişdir. Bu da əhalinin sağlamlığını və ölkə iqtisadiyyatını risklə qarşı-qarşıya qoymuşdur. Bizim ölkəmizdə isə kollektiv immuniteti formalışdıracaq dərəcədə peyvəndlənmə tədarükü aparılır. Hətda fərqli variantlar da əhaliyə təqdim olunur. Bu son dərəcə ciddi naliyyətdir.

Hesab edirəm ki, əhalinin peyvəndlənməyə olan marağı, mariflənməsi kifayət dərəcədədir. Peyvəndlənmə yüksək intensivliklə davam edir. Bu templə davam edərsə, qarşımıza qoyduğumuz məqsədlərə çata biləcəyik”.

Qeyd edək ki, iyunun 17-də Azərbaycanda yeni koronavirus (Covid-19) infeksiyasına qarşı 38 min 556 doza vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 25 min 546, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 13 min 10 nəfər olub.

Hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 877 min 878-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 885 min 31, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 992 min 847 nəfərdir.

Leyla Mirzə

Paylaş »
››› Hamının sevimlisinə çevrilən “Həyat həkim” əslində kimdir... - Video
››› Gələn aydan Ermənistan Xankəndi sakinlərinə yardımı dayandırır
››› “Cəbhədən İcra Hakimiyyətinə zəng edib anama 2 çörək almalarını xahiş etdim, almadılar”
››› "Televizorda özünü görüb soruşdu ki, bu aktyorun adı nədir..."
››› Putin nüvə qarşıdurmasına “Qiyamət gününün təyyarəsi”ni almağa hazırlaşır
››› “Ermənistana verilən yardım paketi Azərbaycanın xeyrinədir”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
Son xəbərlər
Bütün xəbərlər »