Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya şirkəti Qarabağda maraqlı layihə planlaşdırır
Şuşa şəhəri

Zəngilan rayonunda günəş enerjisi stansiyasının tikilməsi üçün BP şirkəti ilə saziş imzalanıb. Bu barədə bizimyol.info-ya enerji məsələləri üzər ekspert Cəmil Məlikov məlumat verib. O bildirib ki, BP-nin iştirakı ilə Zəngilanda 230 mb gücündə günəş enerjisi stansiyasının tikilməsi istiqamətində işlər aparılacaq.

Ekspertin sözlərinə görə, ümumiyyətlə, Qarabağda günəş, külək, su enerjisindən istifadə etməklə həm bölgənin ehtiyacları ödəniləcək, həm də respublika ərazisinə enerji yardımı ediləcək.

Cəmil Məlikov Cəmil Məlikov

“Alternativ enerji deyəndə külək, günəş, su enerjisindən istifadə başa düşülür, ekoloji cəhətdən təmiz olan bu enerjidən istifadənin ümumi enerji istehsalında payının artırlması nəzərdə tutulub. Qarabağda enerji təminatı dedikdə ənənəvi enerji resursları ilə yanaşı, yeni iqtisadiyyat formasını özündə əks etdirən alternativ enerji də nəzərədə tutulur. Ölkəmizdə “2030-cu ilə baxış proqramı” çərçivəsində yaşıl iqtisadiyyatın dəstəklənməsi və çiçəklənməsi planlaşdırılıb.

Dünya alternativ enerjiyə keçid edir. Azərbaycan da dünyaya inteqrasiya etmək üçün bu yolda addımlar təbii ki, artıb. Xaricdə bu istiqamətdə müasir texnologiyaların tətbiqinə güclü investisiya qoyulur. “2030-cu ilə baxış proqramı”nda alternativ enerjinin payının 30 fazi təşkil etməsi nəzərdə tutulur. Artım tempini yüksəltmək üçün bu sahənin inkişaf etdirilməsi üçün verilən kreditlərə güzəşt təbiq edilməli, vergilər azaldılmalıdır. Azərbaycanda enerji potensialı çox böyükdür. Dövlətin siyasi iradəsi olmalıdır və bu da var. Azərbaycan bunu özünə prioritet elan edib. Son amil də maliyyə məsələsidir ki, investorlar üçün güzəştli, münbit şərait yaradılsa, bu sahədə dünyanın öncülllərindən olmaq şansımız böyükdür”,- deyə ekspert qeyd edib.

Nəzərə alsaq ki, dünyanın nüfuzlu şirkətləri Qarabağda aparılacaq böyük quruculuq işlərində iştirak etmək istəyir və xarici şirkətlərin də hansı sahədə çalışmasından asılı olmayaraq qarşılarına qoyulan ilk tələb ekoloji təmiz fəaliyyətdir, tezliklə Azərbaycanın günəş enerjisindən bol- bol istifadə edəcəyi gözləniləndir. Hər zaman azərbaycanlıların yayda etdiyi bir zarafat var: Kaş bu istidən yığıb qışa saxlaya bilsəydik. Xəyallar gerçək olur, cənablar!

İlhamə Rəsulova

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Nazir iki polis polkovnikini işdən çıxarıb
Son xəbərlər
Bütün xəbərlər »