Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyənin verdiyi texnikalar robot tiplidir, uzaqdan verilən komandaları yerinə yetirir" - Foto, Video
Şuşa

44 günlük əməliyyatlardan sonra igid oğullarımızın qanı, canı hesabına torpaqlarımız işğaldan azad olundu. 30 illik həsrətimiz bitdi demişdik ki, indi də mina bəlası bizləri o torpaqlara həsrət qoyub.

Əməliyyatlar bitəndən sonra torpaq həsrəti ilə o torpaqlara üz tutan neçə-neçə mülki vətəndaş, hərbçilər bu minaların qurbanına çevrildi.

İşğaldan azad olunmuş torpaqlarda minaların təmizlənməsi işləri gedir və bu işdə də qardaş Türkiyə Azərbaycana dəstək verməkdədir. Belə ki, bu il fevralın 4-də Türkiyə Azərbaycana 20 ədəd mexaniki minatəmizləyən maşın göndərib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" hesabında məlumat verilib.

"Nazirliyimizin tabeliyində olan ASFAT AŞ tərəfindən istehsal olunan 20 MEMATT (mexaniki minatəmizləyən maşın) qardaş ölkə Azərbaycana ixrac edirik. İlk tədarük dəsti Kayseridən yola düşən Hava Quvvələrimizə məxsus təyyarə ilə Bakıya göndərilir", - deyə qeyd olunub.

Türkiyə prezidenti Ərdoğan Azərbaycandakı səfərini başa vurub ölkəsinə qayıdan zaman jurnalistlərin sualarını cavablandırıb. Bu zaman bildirib ki, 20 minatəmizləmə texnikasının göndərilməsi ilə iş bitməyəcək, yekunlaşmayacaq və bu proses davamlı olacaq.

Maraqlıdır, bu qurğular prosesi nə qədər sürətləndircək, xarakteristikaları nədən ibarətdir?

Hafiz Səfixanov Hafiz Səfixanov

Minalar Əleyhinə İctimai birliyin sədri Hafiz Səfixanov Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, həmin texnikanın tətbiq olunması ilk növbədə mina axtaranların təhlükəsizliyinin təmin olunması üçün nəzərdə tutulub.

“Həmin texnikaları işlədən operatorlar texnikalardan təxminən 500 metr aralıda olur. Bu texnikalar robot tipli olduğundan, verilən komandaları yerinə yetirir və relyefin imkan verdiyi ərazilərdə minaların təmizlənməsini həyata keçirir. Azərbaycan və Türkiyə dövlətləri arasında bağlanmış müqaviləyə əsasən 20 ədəd ASFAT MEMATT tipli mina təmizləyən texnika gətirilməlidir. Bunun ilk 10 ədədi artıq gətirilib və mina təmizləmə əməliyyatlarında istifadə olunur.

Ağdam rayonu üzrə mina xəritələrinin əldə olunması çox böyük irəliləyiş və uğurdur. Xəritənin əldə oldunğunu və minatəmizləyən texnikaların gətirildiyini nəzərə aldıqda bu prosesin çox sürətlə aparılacağını düşünürük. Bütün rayonlar üzrə 7 min hektardan artıq ərazi minalardan təmizlənib. Bu da onu göstərir ki, minaların təmizlənməsi prosesi çox sürətlə aparılır. Relyef, hava şəraiti imkan verdikcə bu proses daha da sürətlənəcək. Bir daha qeyd edirəm ki, mina xəritələrinin əldə edilməsi, vaxta və kifayət qədər maliyyə vəsaitinə qənaət etməyə imkan verəcək.

MEMATT minatəmizləyən texnika MEMATT minatəmizləyən texnika

Vaxtın uzanması daha çox bizim infrastruktur layihələrinin keçikməsi və əhali üçün tikilən evlər, sosial obyektlərin yaradılması prosesini ləngidir. Üçtərəfli bəyənat imzalanan gündən səlahiyyəti olan bütün strukturlar minatəmizləmə əməliyyatına cəlb olunub. Hazırda bu minaların təmizlənməsi üçün nə qədər vaxt lazım olduğunu demək qeyri-profiseonallıq olar. Biz mina xəritələrini əldə etməli, tədqiqatlar aparmalı və daha sonra isə hansısa vaxt barədə ictimaiyyətə açıqlama verə bilərik”.

Leyla Mirzə

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Nazir iki polis polkovnikini işdən çıxarıb
Son xəbərlər
Bütün xəbərlər »