Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyanın mitinqinə getməyi qadağan edən direktor tutuldu
Paşinyanın mitinqinə getməyi qadağan edən direktor tutuldu

Ermənistanda Gorus Mədəniyyət Evinin direktoru, işçilərinin baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın mitinqində iştirakını qadağan etdiyi üçün, polis tərəfindən saxlanılıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə polisin mətbuat xidməti məlumat yayıb.

15 iyunda Mədəniyyət Evinin işçilərindən biri yerli polis idarəsinə müraciət edərək dövlət qurumunun direktorunun onun Paşinyanın seçkiqabağı mitinqinə getməsini qadağan etdiyini söyləyib. Bildirib ki, direktor onu işdən çıxarmaqla hədələyib.

Mövcud materiallara əsasən, Gorus polis idarəsi seçki hüquqlarının həyata keçirilməsinə qoyulan qadağa səbəbi ilə cinayət işi açıb. 17 iyun tarixində direktor saxlanılıb, ilkin istintaq davam edir.

Xatırladaq ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20-də keçiriləcək. Seçkilərdə 21 partiya və 4 blok iştirak edəcək. Əsas rəqiblər baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla "Ermənistan" seçki blokuna rəhbərlik edən sabiq prezident Robert Köçəryandır.

Son xəbərlər
Bütün xəbərlər »