Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polis “Mehdi əz-Zaman”ı həbs etdi - Video
İsfahan, İran

“Mehdi əz-Zaman” İranın İsfahan şəhərində həbs edilib. Şəhərdə sakinləri qorxudan qəribə hadisə baş verib.

Belə ki, özünün Mehdi olduğunu düşünən şəxs başdan ayağa yaşıl geyinib, çiyinlərinə yaşıl bir örpək salaraq əlində kəskin qılıncla at belində küçə-küçə gəzməyə başlayıb. Önünə çıxanlara da “mən Mehdiyəm” deyə elan edib.

Saxta Mehdi qəzəblə İranın Ali dini lideri Ayətullah Əli Xameneinin ünvanına sərt ifadələr səsləndirib. Qorxmuş sakinlər onun üzərinə su töküb, qılıncını əlindən almağa çalışsalar da, bacarmayıblar. Polis ”Mehdi"ni atından salaraq həbs edib. Araşdırma aparılır. İlkin mülahizələrə görə özünü Mehdi elan edən şəxs ruhi xəstə olub.

İlhamə

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Milli Məclisdə “kədərli” anlar…
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
Son xəbərlər
Bütün xəbərlər »