Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mahir Emreli: "İlk oyunda üç qol vurduğum üçün məmnunam"
Mahir Emreli: "İlk oyunda üç qol vurduğum üçün məmnunam"

"Hər şeydən əvvəl kollektivə uyğunlaşmaq və komanda yoldaşlarımı tanımaq mənim üçün vacib idi. İlk oyunda 3 qol vurdum. Bundan məmnunam, amma dediyim kimi ən başlıcası uyğunlaşmaq və bir-birimizi meydanda yaxşı başa düşməkdir".

"Report"un məlumatına görə, bu fikirləri Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Avstriya Regional Liqasında çıxış edən "Bişofshofen"lə yoxlama matçında het-trik etməsi barədə danışarkən deyib.

24 yaşlı hücumçu bildirib ki, yeni komandası ilə birlikdə ilk görüşdə yaxşı təsir bağışlayıblar: "Rəqibimiz güclü deyildi. Amma bizə qarşı mübarizə apardı, xarakter göstərdi. Belə davam etsək, gələcəkdə yaxşı nəticələr əldə edəcəyik".

Emreli qollar vurmağa davam etmək istədiyini sözlərinə əlavə edib: "Mən hücumçuyam, qol vurmaq mənim işimdir. Çox qol vurmalıyam və buna davam etməliyəm. Yeni komanda qoşulmuşam, hisslərimi soruşsanız, hədəflərdən həqiqətən məmnunam. Amma bundan sonra nə edəcəyim vacibdir. Hazırda növbəti qarşılaşmalara daha çox köklənməliyəm".

Forvard Varşava təmsilçisinin topla oynamağı sevdiyini söyləyib: "Heç vaxt belə taktika ilə oynamamışam. Altı il ərzində "Qarabağ"da 4-3-3 sistemində çıxış etdim. İndi bir az fərqli taktika ilə oynayırıq, buna uyğunlaşmalı və necə oynayacağımı bilməliyəm. Hər şeyi mənə addım-addım izah edəcəyini söyləyən baş məşqçi ilə danışıram".

Qeyd edək ki, "Bişofshofen"lə yoxlama oyunu "Legiya"nın 5:0 hesablı qələbəsi ilə başa çatıb. 60 dəqiqə meydanda olan Mahir Emreli 6-cı, 22-ci və 36-cı dəqiqələrdə fərqlənib.

Son xəbərlər
Bütün xəbərlər »