Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağ qazisi: "Əlillik pensiyamı kəsiblər, nə yeməliyəm, hava ilə dolanmalıyam?!"
Qarabağ qazisi: "Əlillik pensiyamı kəsiblər, nə yeməliyəm, hava ilə dolanmalıyam?!"

2013-cü ildə hərbi xidmət zamanı ürəyindən  zədə alan Gədəbəy Söyüdlü kənd sakini Şakir Xudaverdiyev 3 aydır ki, həkim səhlənkarlığına görə, ona təyin edilmiş müavinəti ala bilmir.

Bizimyol.info saytına müsahibə verən şikayətçi bildirib ki,  2013-cü ildə  hərbi xidmətdə olarkən ürəyindən  zədə alıb:

“Bir il iki ay hərbi xidmət etmişəm. Sonra ürəyimdən zədə aldım. Yeddi ildir ki, müavinət alıram. Mart ayının 18-i sənədlərimi yenidən toplayan zaman həkim mənim sənədəimi yazmaq istəmirdi. Süründürməçiliyə salmışdı məni. Sonra da sənədlərim natamam yazıldı. Bildirildi ki, Bakıya getməliyəm. Bakıya “Əlillərin bərpa mərkəzinə” gəldim. Burada qeyd edildi ki, rayonda həkim sənədini düz yazmayıb. Get yenidən yazdır. Yenidən rayona gəlib, sənədlərimi təqdim etdim”.

Şakir Xudaverdiyev Şakir Xudaverdiyev

Ş.Xudaverdiyev bildirib ki, hazırda ona sənədin iyunun birində möhürləndiyi bildirilib. Ancaq onun özünə bu barədə hələ ki, heç bir məlumat verilməyib:

“Mənim sinəmin yarısı yoxdur. Bu vəziyyətdə məni get-gələ salıblar. İnanın, 7 ildir əməliyyat olmuşam və hələ də yaram ağrıyır”.

Şikayətçinin sözlərinə görə 130 manat müavinət alırmış. İndi bir neçə aydır müavinət ala bilmədiyinə görə mağazalara borcu var:

“3 aydır mənim pulum kəsilib. Əmək qabiliyyətim yoxdur. Nə yeməliyəm, hava ilə dolanmalıyam?! Kənd yeridir, o pul mənə ərzaq üçün güclə də olsa yetirdi. Mənim üç aydır nə yediyim heç kimi maraqlandırmır. Bir həkimin laqeyidliyi, səhlənkarlığı məni  çıxılmaz vəziyyətə qoyub”.

Xatırladaq ki,  Şakir Xudaverdiyevə 2014-cü ildə verilmiş  xəstəlik haqqında şəhadətnamədə qeyd edilir ki, o hərbi xidmət dövründə  birinci funksional sinif ürək çatışmazlığı xəstəliyi alıb. Həmçinin həmin sənəddə Ş. Xudaverdiyevin sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yaralı olduğu da yer alıb.

Hazırda Ş.Xudaverdiyev yenidən müavinət alacağı günü səbrsizliklə gözləyir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »