Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan-Ermənistan sərhədində gərginlik azalıb” - Zaxarova
“Azərbaycan-Ermənistan sərhədində gərginlik azalıb” - Zaxarova

“Rusiya son həftələrdə Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi azaltmağa müvəffəq olub”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxrova bildirib.

“Son həftələrdə gərginlik ümumən azaldılıb. Sərhəd mübahisəsinin tənzimlənməsi ilə bağlı müvafiq məsləhətləşmələr davam edəcək. Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və sərhəd xidmətləri vasitəsilə Bakı və İrəvanla sıx koordinasiya qurulub. Problemin sabit və uzunmüddətli bir həlli olaraq, iki ölkə arasındakı sərhədin delimitasiyası ilə əlaqədar sonrakı demarkasiya ilə bağlı işlərin tez bir zamanda başlamasını görürük. Bu prosesə ən fəal yardım göstərməyə hazır olduğumuzu təsdiqləyirik”, - deyə diplomat vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »