Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazilər Nazirlər Kabinetinin məntiqsiz qərarına etiraz edir – xəstələrin əlillik alması mümkünsüz olub
Qazilər Nazirlər Kabinetinin məntiqsiz qərarına etiraz edir – xəstələrin əlillik alması mümkünsüz olub

Ölkədəki əsas əlil təşkilatlarından biri olan "Qarabağ qaziləri" Nazirlər Kabinetinin gizli qəbul etdiyi 413 saylı qərara etiraz olaraq Milli Məclisə etiraz məktubu göndəriblər. Qazilər səslərinin eşidilməsi üçün ayın 18-də Milli Məclisdə keçiriləcək dinləmələrə təsir göstərə bilmək məqsədilə parlamentin qarşısında toplaşmağı qərarlaşdırıblar.

“Bu ayın 18-də MM-də bu qərarla bağlı dinləmələr olacaq. Çalışıb öz nümayəndəmizi parlamentə göndərmək lazımdır. Qəbul etməsələr, MM-in qabağına toplaşıb etiraz edəcəyik. Bəzi dövlət adamlarının ölkədə ortalığı qarışdırmaq, insanları qəsdən narazı salmaq cəhdləri göz qabağındadır!”,- deyə qazilərin elanında bildirilir.

Onlar Novella Cəfəroğlu başda olmaqla ölkəmizdəki bütün hüquq müdafiəçilərinə müraciət edirək “Qaziləri tək qoymayın! Saxta 413 saylı qərarla Qazilərin haqlarına girilir. ƏƏSMN bütün bunları öncədən görüb, duyub və 3 il əvvəl yeni qanun layihəsi hazırlayıb parlamentə təklif edib. 3 illik çək-çevirdən sonra layihə müzakirəyə çıxarılıb. Onun da müzakirəsindən narazıyıq”,- deyə çağırışda bildirilir.

“Qarabağ qaziləri" İctimai Birliyinin Milli Məclisin 18 iyun i iclasına təklifində deyilir:

Qazilərlə bağlı vəziyyət çox gərgindir. Əlillik dərəcələrinin təyin edilməsi ilə bağlı Qazilərin ciddi narazlığı var. Nazirlər Kabineti 2015-ci ildə gizli, yəni saxtakarlıq yolu ilə 413 saylı qərar qəbul edib. Deputat Musa Quliev də mətbuata açıqlamasında bunu etiraf edib . Bütün problemlər buradan başalayıb. Yəni əvvəlki qərarla 2015-ci ilədək əlillik dərəcəsi alan Qazilər 2021-ci ildə təkrar müainəyə gələrkən 2015-ci ildə qəbul edilmiş 413 saylı qərarla əlilliyə səbəb olan xeyli xəstəliklər siyahıdan çıxarılıb deyə, komissiya yenidən Qaziyə əlillik dərəcəsi verə bilmir. Hazırda MM-də Əmək və Əhalinin Soaila Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilən yeni düzəlişlər layihəsi müzakirə edilir. Əgər bu layihəsi yaxşıdırsa, qəbul edilsə belə, 2023- cü ildə qüvvəyə minəcək. Ona qədər isə Qazilərə qarşı haqsızlıq davam edəcək!

Ona görə də aşağıdakıları təklif edirik:

1) Çıxış yolu kimi NK-nin saxta 413 saylı qərarı ləğv edilib, yenisi (indi müzakirə edilir) qəbul edilənə qədər müayinə vaxtı çatan Qazilərin əllik müddəti 1 il uzadılsın. Bu 1 ildə məsələlə tam aydınlaşana kimi Qazilər ac qalmasın.

2) Son 44 günlük döyüşlərdə təxminən 11 min civarında yaralanmış Qazilərimiz var. Onlardan təxminən 4500-5000 nəfərəinə əlillik dəcəsəsi veriləcək! Qalır hardasa, 6 min əlillik dərəcəsi düşməyən yaralı. Onların da tam əksəriyyəti gənclərdir. Və onların tam əksəriyyəti hələ peşəsini, gələcək həyataını müəyyənləşdirməyib. Ona görə də təklif edirik ki, Yaralılarımıza dəstək kimi 6 min nəfərin hər birinə 5 illik ayda 5 beş yüz (500) manat pul verilsin! Bu 5 ildə onlar özlərinə bir peşə, iş-güc, güzəran qurarlar.

Qazi jurnalist Rey Kərimoğlu isə bildirib ki, Mərkəzi Kliniki Xəstəxana Şəhid ailələri, Qazilər və veteranlar üçün xüsusi tipli xəstəxanaya çevrilməlidir.

“Çoxları bilmir, hələ 90-cı illərdə rəhmətlik Heydər Əliyev buranı Qarabağ əlillərinə xidmət göstərəcək xüsusi xəstəxana kimi fəaliyyət göstərəcəyini demişdi! Amma sonda kimlərsə bunun baş tutmasına mane oldu”,- deyə o bildirib.

Qeyd edək ki, NK-nın haqqında danışılan qərarı faktiki olar həqiqi xəstələrin əlillik dərəcəsi almasını mümkünsüz edir. Dünyanın hər yerində qeyd-şərtsiz əlil sayılan şəxslər Azərbaycanda tam əmək qabiliyyətli elan edilir. Bu qərarda hətta tibb elminin təadiqlənmiş tezisləri belə inkar edilir. Dünyanın hər yerində sağalmaz xəstəlik sayılan bir sıra xəstəliklərlə bağlı təkrar-təkrar stasionar müalicə sənədi, müayinə və əlavə prosedurlar tələb olunur. Xəstəliklə əlaqəsi olmayan müayinə nəticələrinin tələb olunması absurd mənzərə yaradıb. Nazirlik isə məhz bu qərara istinad edir və “bizlik deyil, narazılığınız varsa, gedin nazirlər Kabinetinə bildirin, qərarı dəyişsin” şəklində cavab verir.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »