Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya mediasından təxribatçı iddialar: Azərbaycanda hərbi baza yerləşdiriləcək
Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyənin hərbi bazası Azərbaycanda yerləşdirilə bilər”. Bu məlumatı NTV kanalına istinadən Rusiya mediası yayıb.

Rusiya mediasının iddiasına görə, Ərdoğan hərbi bazaların nə zaman yerləşdiriləcəyini söyləməyib.

“Öncə Prezident İlham Əliyev Vladimir Putinlə  bu mövzu ətrafında məsləhətləşmələr aparmalıdır. Danışıqlar zamanı bu mövzu özünəməxsus şəkildə həllini tapa bilər. Ərdoğan başqa təfərrüatlar barədə danışmayıb”- deyə Rusiya mətbuatı  yazır.

Maraqlıdır ki, Rusiyanın nüfuzlu xəbər agentlikləri Şuşa Bəyannaməsi barədə məlumat versələr də, onun mətninin  və detalların yayılmadığını yazırlar. Halbuki Şuşa Bəyannaməsinin tam mətni dəfələrlə dərc edilib. Xəbərdə sadəcə bildirilir ki, Ankara və Bakı bütün sahələrdə qarşılıqlı fəaliyyəti nəzərdə tutan müttəfiqlik sazişi imzalayıb.

İlhamə

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› Avqustun 3-nə olan hava proqnozu
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› Generalın bacısı oğlu həbsdən buraxılıb
Son xəbərlər
Bütün xəbərlər »