Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı
“Baydenin Putinə çatmayan gücü media üzərində partladı” – Qərb mətbuatı

Amerikanın nüfuzlu The Hill nəşri Bayden-Putin görüşməsini şərh edib. Lakin bu şərhi heç də Baydenin xeyrinə adlandırmaq olmaz.

Xəbər agentliyi Putinə heyranlığını gizlətməyərək, Baydenin görüş boyu telesuflyor və şparqalkadan istifadə etməsini tənqid edib. O jurnalistlərin suallarına cavab verməmək üçün mətbuat konfransını tələsik tərk etməyə çalışıb.

Nəşr bildirir ki, Putin öz yüksək psixoloji hazırlığını nümyiş etdirmək üçün suallara cavab verməkdə maraqlı olub. “Mən suallarınıza cavab verəcəm. Mənim əlimə söz verməli olduğum jurnalistlərin siyahısı verilib”.

Bunu Bayden deyib və elə bu cümlə onun tənqid hədəfinə çevrilməsinə gətirib. “Azad dünyanın lideri elan edir ki, özü azad qaydada sual verəcək jurnalistləri seçmək hüququna və ya qabiliyyətinə malik deyil. Amma ölkəsində soyuqqanlı qatil olduğu deyilən Putin ağına bozuna baxmadan hamının suallarına eyni rahatlıqla cavab verdi”,- deyə qəzet yazır.

“Bayden 30 dəqiqə sonra zalı tərk etdi. Əslində məlum məsələ idi ki, Putinin jurnalistlərin suallarına cavab verərkən lazım olmayan məsələlərə toxunacağından qorxduğu üçün belə etdi. Lakin sonda CNN müxbiri Keytlan Kollinzin Baydenə olan sualı maraq yaratdı. “Cənab prezident, necə əmin ola bilərsiniz ki, Putin öz davranışını dəyişəcək? O kiberhücumlar barədə də danışdı, hətta insan haqları barədə danışarkən Navalnının adını belə çəkmədi, Putinlə görüşü konstruktiv adlandırmağa , onun dünyaya olan münasibətini dəyişəcəyinə hardan əminsiniz? Bayden isə “mən əminəm deməmişəm” cavabını verib. Bununla belə, o Putinə qarşı çox yumşaq münasibət sərgiləyib. Kollinzin səsini kəsmək üçünsə ona qarşı sərt ifadələr işlədərək, “peşənizi düz seçməmisiniz” deyib. Baydenin Putinə çatmayan gücü media üzərində partladı. Qısası 46-cı prezident də özünü sələfləri kimi Putinin qarşısında zəif apardı. O suallara cavab verərkən müdafiə olunurdu, əsəbiləşirdi, bu isə görüşün uğursuz keçməsinin əlamətləridir və bütün bunlar dünyanın gözü önündə baş verdi”,- deyə nəşr yazıb.

Putini bu qədər özgüvənli edən heç sözsüz ki, həm də onun təcrübəsi, uzun illər hakimiyyətdə qalmasıdır. Görünür, diktaturanı demokratiya qarısında güclü edən də elə budur.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »