Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident İlham Əliyev "Dövlət sərhədi haqqında” qanuna dəyişiklikləri təsdiqlədi
İlham Əliyev

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, qanuna dəyişikliyə əsasən, dənizə çıxarkən balıqçılıq təyinatlı mühərrikli kiçik həcmli gəmilərlə sahildən on dəniz milinədək, digər üzmə vasitələri ilə isə sahildən iki dəniz milinədək uzaqlaşmağa yol veriləcək.

Əvvəllər sadəcə dənizə və sərhədboyu çayların, çöllərin başqa sututarların sularına çıxmağa qeydə alınmış mühərrikli və mühərriksiz üzmə vasitələrinə dənizə çıxarkən sahildən iki milədək uzaqlaşmağa yol verilirdi.

Bu zaman Hərbi-Dəniz Qüvvələrinin istifadəsində olan üzmə vasitələri, habelə Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət Gəmi Reyestrində qeydiyyata alınan gəmilər və dənizə və sərhədboyu çayların, çöllərin başqa sututarların sularına çıxmağa qeydə alınmış mühərrikli və mühərriksiz üzmə vasitələri nəzərə alınır.

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »