Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda prezident seçkilərinin nəticəsi azərbaycanlılara nə vəd edir...
Təbriz şəhəri

İranda növbəti prezident seçkilərinin keçiriləcəyi vaxt açıqlanıb. İran daxili işlər nazirinin müavini Camal Ürf deyib ki, 13-cü prezident seçkiləri 2021-ci il iyun ayının 18-də keçiriləcək. O, həmçinin, 11-ci çağırış parlament seçkilərinin ikinci mərhələsinin cari ilin sentyabr ayının 11-də keçiriləcəyini söyləyib. Parlament seçkilərinin ikinci mərhələsi 9 əyalət və 24 şəhərdə 11 seçki dairəsi üzrə təşkil olunacaq. Onu da əlavə edib ki, ölkədə 118 partiya rəsmi qeydiyyatdan keçib.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, İranda prezident seçkiləri mühafizəkarların qələbəsi ilə yekunlaşacaq. Onun sözlərinə görə, bu seçkilər əvvəlki seçkilərdən fərqli olaraq bir o qədər də ciddi şəkildə siyasi gündəm olmayacaq.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Çünki, artıq seçkinin favoriti var. Bu, mühafizəkarların lideri İbrahim Rəisidir. Onun qalib olacağı indidən bəllidir. Çünki, islahataçıların güclü namizədi seçkilərə buraxılmadı və mühafizəkarlar hazırkı seçkiləri öz nəzarətinə aldılar. Bu da İranda sistem daxili demokratiyanın olmadığını göstərir. Halbuki, İran bu illərə qədər keçirdiyi seçkiləri demokratik seçki adlandırırdı.

Qeyd edək ki, islahatçıların mövqelərinə zərbə vurulandan sonra İran əhalisi bu seçkilərdə maraqlı deyil. Əgər, islahlatçıların namizədi seçkilərə qatılacaqdırsa, onların namizədi qalib gələcəkdir. Çünki, İran ABŞ arasında nüvə anlaşması masadadır və iqtisadi sanksiyalar aradan götürülməsi gözlənilir. Bu danışıqları da məhz islahatçılar başalayıb. Amma İbrahim Rəisinin prezident seçilməsi ABŞ-la danışıqlara zərbə vurmayacaq. Nüvə danışıqları davam edəcək. İranda sanksiyaların götürülməsində maraqlıdır”.

Siyasi şərhçi vurğulayıb ki, İbrahim Rəisinin seçilməsi Yaxın Şərqdə aparılan siyasət qonşularla münasibətlərin normallaşmasına istiqamətləcənəcək.

“İran daxilində siyasi repressiyalar artacaq və insanhüquqları sayəsində geriləmələr labüddür. Bundan əlavə, İranda azərbaycanlıların və digər xalqların hüquqları tanınmayacaq. Ötən gün İbrahim Rəisi Təbrizdə çıxışında azərbaycanlılara imtiyazlar tanıyacağını elan etdi. Bu bölgənin inkişaf etdirəcəyinə söz verdi. Təbii ki, bu seçki öncəsi səslərin qazanmasına hesablanıb. İbrahim Rəisi seçiləndən sonra, birinci siyasi repressiyaları Təbrizdən və azərbaycanlılardan başlayacaq. Çünki, azərbaycanlılar bu bölgənin inkişaf etdirilməsini və milli haqlarını tələb edirlər. İbrahim Rəsisi uzun illər Məhkəmə hakimi və Baş prokuror olaraq məhz bu istiqamətlərdə əsas cəza verən kimi tanınıb. Onun yenidən cəza aparatını dövlət siyasətinə gətirməsi mümkündür.

İranın Azərbaycanla əlaqlərinə gəldikdə isə, Türkiyə Azərbaycan arasında imzalanan "Şuşa" Bəyannaməsi İranın əlini qolunu bağlayacaq. İran çalışacaq ki, Azərbaycanla müəyyən əlaqələri qoruyub saxlasın”.

Leyla Mirzə

Paylaş »
››› İyulun 26-na olan hava proqnozu
››› Tokio-2020: Azərbaycan təmsilçilərindən 10-u mübarizəni dayandırdı
››› Müsəlman idmançı israilli ilə qarşılaşmamaq üçün olimpiadadan imtina edib
››› Sürücünün halı pisləşdi, polis yardıma yetişdi - Foto
››› Şeyxdən ona ünvanlanan ittihamlara cavab
››› Heyrət, ey Şeyx... və ya üzrü günahından betər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »