Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə mallarının idxalı artacaq: Azərbaycan istehsalçıları rəqabətə hazırdırmı...
Türkiyə mallarının idxalı artacaq: Azərbaycan istehsalçıları rəqabətə hazırdırmı...
Türkiyə Prezidentinin Azərbaycana son səfəri bayram ab–havası yaratdı. Səfərin siyasi, hərbi səmərəsi ilə yanaşı gələcəkdə gətirəcəyi böyük iqtisadi faydalar barəsində də danışıldı, 11 səhifəlik müqavilədə iqtisadi əməkdaşlığın genişləndirilməsi barədə maddələr də yer aldı.

Bu günədək Türkiyə Azərbaycana təxminən 12 milyardlıq investisiya yatırmış, Azərbaycan isə dəfələrlə çox, bunun 160%-i qədər, yəni 19 milyardlıq bir investisiya yatırıb. Azərbaycanın yatırdığı investisiya həcmlərinin çox olması bu investisiyanın enerji, neft-kimya sənayesi kimi bahalı sahəyə yönəlməsi ilə əlaqədardır. Məsələn, 2018-ci ilin sentyabr ayında SOCAR 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində “Star” neft emalı zavodunu açıb. Bu, iki dövlətin ortaq layihəsidir.

Bu səfərdən sonra investisiya fərqlərinin tədricən aradan qalxacağı gözlənilir. Bəs qardaş ölkə bundan sonra hansı sahələrin inkişaf etdirilməsinə üstünlük verəcək?

İqtisadçı Eldəniz Əmirov bildrib ki, Türkiyə bu günədək Azərbaycana daha çox qeyri-neft, qeyri-enerji seqmentində yatırımlar edib.

“Hazırda isə Türkiyənin də Azərbaycanda enerji sektoruna investisiya yatıracağı ilə bağlı gözləntilər böyükdür. Amma bu ənənəvi enerji deyil, yaşıl enerji istiqamətini əhatə edəcək. Bunun üzərinə işğaldan azad edilmiş ərazilərimizə kütləvi cəlb edilmiş türk şirkətlərinin fəaliyətini də gəlsək, demək ki, yaxın vaxtlar investisiya balansında ciddi dəyişikliklər olacaq.

Bir müddət əvvəl Türkiyə ilə Azərbaycan arasında bağlanmış Preferensial Ticarət Sazişindən sonra hər iki ölkə rəsmilərinin illik ticari dövriyyənin 3 dəfədən çox artırılaraq 15 milyarda çatdırılacağı ilə bağlı açıqlamalar ciddi iddiadır. 2019-cu ildə bu iki ölkə arasındanki ticarı dövriyyə özünün maksimum həddində olaraq 4.5 milyardı keçmişdi. Ötən il isə təxminən 300 milyonluq bir azalma baş verib. Bütün bunlara rəğmən bu göstəricinin 15 milyardlıq hədəfə tuşlanmasının, düşünürəm ki, ciddi bir əsası var. Görünür, Azərbaycan bazarlarında Türkiyə mallarının artması gözlənilir. Dövriyyə artımının kökündə bu dayanır. Çünki Azərbaycanın qeyri-neft sahəsində ixrac potensilı onsuz da o qədər deyil ki, 15 milyarlıq həcmdə ciddi yer tutsun. Azərbaycanın neft-qaz ixracının artması, eləcə də Türkiyədən Naxçıvana qaz xəttinin işə salınması kimi məsələlər də təbii ki, öz tövhəsini verəcək. Amma dövriyyənın ana kanalı Türkiyə istehsalı malların idxalı olacaq. Və bu zaman Azərbaycan və Türkiyə arasında ciddi güzəştlərlə əlavə ticarət sazişlərinin imzalanması da istisna deyil. Bu zaman zərər görəcək əsas sahə Türkiyə idxalı ilə eyni təyinatlı məhsulların yerli istehsalı olacaq. Onsuz da möhkəmlənmiş manat yüksək maya dəyərilə başa gələn Azərbaycan məhsullarını xarici məhsullara rəqabətdə uduzdurur. Bu azmış kimi ucuz lirə fonunda yerli məhsulların işi daha da çətin olacaq. İstər Türkiyə bazarlarında, istər Azərbaycan bazarlarında bizim məhsullar məğlubiyyətə məhkumdur”,- deyə ekspert qeyd edib.

O çıxış yulu olaraq bildirib ki, yerli məhsulların rəqabaətə davamlı olması üçün yeni texnalogiyaya əsaslanan istehsal sahələrinin yaradılması üzərində çox ciddi düşünmək lazımdır.

“Bunun da ən effektiv yolu Türkiyə və Böyük Britaniya şirkətlərinin Azərbaycanda müəssisələr yaratmasıdır. Bu ölkələrin həm texnaloji yanaşma tərzi, həm təcrübəsi, həm də xarici bazar spektri çox genişdir. BB-Azərbaycan, Türkiyə-Azərbaycan, hətta BB-Türkiyə birgə müəssisələrinin də yaradılması bizim üçün ixrac potensialının artırılması və qabaqcıl təcrübənin qazanılması üçün ikiqat əhəmiyyətli olardı”,- deyə o tövsiyə edib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »