Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Putinin əl-qol açmasının səbəbi Qərbin maymaq liderləridir”
“Putinin əl-qol açmasının səbəbi Qərbin maymaq liderləridir”

İyunun 16-da İsveçrənin Cenevrə şəhərində Rusiya-ABŞ sammiti baş tutub. Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında görüş Cenevrənin “La Qranj” malikanəsində keçirilib. Görüş zamanı hər iki lider arasında ilkin razılaşmalar əldə olunub. Belə ki, V.Putin məsləhətləşmələr üçün geri çağırılan ABŞ və Rusiya səfirlərinin yenidən vəzifələrinin icrasına başlaması ilə bağlı Baydenlə razılaşma əldə edildiyini açıqlayıb. Bundan başqa, Rusiya lideri amerikalı məhkumların ölkələrinə təhvil verilə biləcəyini də bildirib.

"Bayden ilə kibertəhlükəsizlik sahəsində məsləhətləşmələrə başlanılması ilə bağlı razılaşdıq. Bu çox vacibdir", - deyə V.Putin əlavə edib.

“Putini monstra, qorxulu liderə, təhlükəli siyasətçiyə çevirənlər məhz Qərbin maymaq liderləri oldu”.

Bu fikirləri Bizimyol.info-ya siyasi şərhçi Bəybala Mirzəyev səsləndirib. Onun sözlərinə görə, Baydenin Cenevrədəki görüşdən sonra Putin haqda verdiyi ilk açıqlama da elə bu acı həqiqəti təsdiqləyir

Bəybala Mirzəyev Bəybala Mirzəyev

“Bayden Putinə nə deyib? Deyir ki, "Putinə dedim ki, Rusiya dünyaya diktə etməməlidir!".

ABŞ prezidenti daha sonra deyib ki, "Rusiya dünyada nəyin necə olmasını təkbaşına diktə edə bilməz. Dünyada digər önəmli dövlətlər də var. Birləşmiş Ştatlar da onlardan biri sayılır".

Baydenin bu sözləri ABŞ-ın son illərdə necə aciz, mağmın bir duruma düşdüyünü (daha doğrusu, düşürüldüyünü) göstərir. Əvvəllər heç bir ABŞ lideri Rusiya barədə bu cür ürkək, yalvarıcı tonda danışmayıb.

Son üç prezidentdən (Obama, Tramp və Bayden) daha öncəki ABŞ liderləri keçmiş SSRİ-yə və ya Yeltsin Rusiyasına heç vaxt bu cür məzlum tonda "Rusiya dünyaya diktə etməməlidir" sözünü deməyib. Onlar Rusiyanı (SSRİ-ni) sözdə deyil, həmişə əməli olaraq durdurublar. Yeri gələndə isə hətta cəzalandırıblar.

Siyasi şərhçinin sözlərinə görə, elə Putinin prezidentliyinin ilk illərində də ABŞ liderləri Putinlə amiranə tonda, hədə-qorxu dili ilə danışırdılar.

“Xüsusən də kiçik Corc Buş Putinə çox ciddi təzyiq göstərirdi. Putin də həmin dövrdə özünü çox ehtiyatla, Qərblə ciddi konfliktlərə girmədən aparırdı. Lakin elə ki, Barak Obama kimi ifrat liberal bir siyasətçi ABŞ-da hakimiyyətə gəldi, Putinin əl-qolu açıldı. Donald Trampın dönəmində isə Putin lap ağını çıxardı və dünya ilə güc dili ilə danışmağa başladı.

Əsl həqiqətdə isə Qərb dünyasında güclü, xarizmatik liderlər olsaydı, indi Putin də bu qədər cızığından çıxmazdı.

Seçki kampaniyası dönəmində Rusiyanın ünvanına sərt bəyanatlar verən və prezidentliyinin ilk 100 günündə Putinə "qatil" deyən Bayden indi onunla həddindən artıq mülayim davranır.

Baydenin Rusiyaya qarşı seçkiöncəsi sərt ritorikasının dəyişməsinin bir sıra səbəbləri var. Ukrayna isə Baydenin Rusiyanı küncə sıxışdıracağına çox ümidlənmişdi”.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »