Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Serj Sarkisyan müharibədə Ermənistanın 1064 hərbçisinin itkin düşdüyünü açıqlayıb
Serj Sarkisyan

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın ofisi itkin düşən hərbçilərin sayını göstərən sənəd yayıb.

APA xəbər verir ki, sənəd 6 aprel tarixində Hərbi Sığorta Fondu tərəfindən baş nazirin müavini Mher Qriqoryana və Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyana göndərilib.

Sənədə əsasən, itkin düşənlərin sayı baş nazir Nikol Paşinyanın 14 aprel tarixində parlamentdə çıxışı zamanı iddia etdiyi kimi 321 deyil, təxminən üç dəfə çoxdur.

Sənəddə itkin düşənlərin sayının 1064 nəfər olduğu bildirilir. Bundan başqa, onların ailələrinə 500 milyon dram (təxminən 970 min dollar) məbləğində təzminat da verilib.

Bundan əvvəl Serj Sarkisyan Kotaykda təşviqat kampaniyası zamanı sənədin onun telefonunda olduğunu və ictimaiyyətə açıqlanacağını bildirmişdi. O qeyd edib ki, baş nazir itkin düşənlərin dəqiq sayını cəmiyyətdən gizlədərək fərqli rəqəm söyləyib.

“Qoy heç olmasa çıxsınlar və insan kimi desinlər ki, itkin düşənlərin dəqiq sayını müəyyənləşdirmək mümkün olmayıb. Fondda bu rəqəmlər var”, - Sarqsyan belə deyib.

Paylaş »
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »