Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“iPhone 13”-ün qiymətləri məlum oldu
iPhone 13

“Apple” şirkəti yeni telefon modelini təqdim etməyə hazırlaşır. “iPhone 13” sentyabrda müştərilərinə qovuşacaq. Ən ucuz modelin qiymətinin 700 dollar olması nəzərdə tutulub. Amma 1600 dollara da “iPhone 13” almaq mümkündür.

Bizimyol.info xəbər verir ki, “Apple” şirkətinin yeni mobil cihazları 5 rəngdə istehsal edilir. “iPhone 13”-lər tutqun qara, çəhrayı, narıncı, bürünc və bənövşəyi olacaq.

Bəs hansı yenilik panlaşdırılır? Hər şeydən əvvəl modellərin üstün səviyyəsi sayılan “iPhone 13 Pro” və “iPhone 13 Pro Max”ın bir versiyasının fləş yaddaşının 1 TB olması önə çəkilməlidir. İndiyə qədər modellərdə fləş yaddaş 512 GB-ni keçməmişdi. “Apple” bu istiqamətdə rekorda imza atır.

“iPhone 13 Pro Max” kimi “iPhone 13 Pro”nun da operativ yaddaşı 6 GB olacaq. Ümumiyyətlə, modellərdə ən aşağı hədd kimi 4 GB yaddaş nəzərdə tutulub.

Məlumata görə, “iPhone 13”-lərin kamera imkanları əvvəlki nəsillərdən üstünlüyü ilə seçiləcək. “Apple” tədarükçülərə ötürücülərin (VCM) 40 faiz çox olacağını bildirib. Yeni modellərdə həm də təsvirlər daha sabit nəzərə çarpacaq. “iPhone 13”-lərdə 6 elementli obyektivlərin qoyulması planlaşdırılıb.

Bütün modellərin qiymətlərini nəzərinizə çatdırırıq:

iPhone 13 Mini 64 GB = 700 dollar

iPhone 13 Mini 128 GB = 750 dollar

iPhone 13 Mini 256 GB = 850 dollar

iPhone 13 64 GB = 800 dollar

iPhone 13 128 GB = 850 dollar

iPhone 13 256 GB = 950 dollar

iPhone 13 Pro 128 GB = 1050 dollar

iPhone 13 Pro 256 GB = 1150 dollar

iPhone 13 Pro 512 GB = 1350 dollar

iPhone 13 Pro 1 TB = 1500 dollar

iPhone 13 Pro Max 128 GB = 1150 dollar

iPhone 13 Pro Max 256 GB = 1250 dollar

iPhone 13 Pro Max 512 GB = 1450 dollar

iPhone 13 Pro Max 1 TB = 1600 dollar

Paylaş »
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› Avqustun 3-nə olan hava proqnozu
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› Generalın bacısı oğlu həbsdən buraxılıb
››› İntizam komissiyası polisi döyən deputatla bağlı rəyi yekdilliklə qəbul edib
Son xəbərlər
Bütün xəbərlər »