Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ səfiri: “Azərbaycan NATO-nun dəyərli və etibarlı tərəfdaşıdır”
NATO

“NATO və onun əməliyyatları dünyanın müxtəlif nöqtələrində sülhün bərqərar olması üçün çox vacibdir. Xüsusilə qeyd edim ki, Azərbaycanın bu səylərə, NATO-nun Əfqanıstandakı missiyasına töhfəsi dəyərli və stratejidir”.

APA-nın xəbərinə görə, bunu bu gün Latviyanın Azərbaycandakı səfirliyinin 2021-2022-ci illər üçün NATO-nun Azərbaycandakı əlaqələndiricisi kimi ADA Universiteti ilə birgə təşkil etdiyi “Azərbaycanın Avro-Atlantik məkanın sülh və təhlükəsizliyinə töhfəsi” adlı beynəlxalq konfransa video-formatda qatılan ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberqer deyib.

O bildirib ki, ABŞ Əfqanıstandakı sülh əməliyyatlarına göstərdiyi dəstək və sadiqliyə görə Azərbaycan da daxil olmaqla, bütün tərəfdaşlarına, dostlarına və müttəfiqlərinə minnətdardır: “ABŞ bu dəstəyi unutmayıb və unutmayacaq. Mən NATO-nun dəyərli və etibarlı tərəfdaşı kimi Azərbaycanın oynadığı roldan təsirlənmişəm. Azərbaycan və Türkiyə hərbi qüvvələri Həmid Kərzai Beynəlxalq Hava Limanının təhlükəsizliyini birgə təmin edirdi. Müttəfiq qüvvələri bu hava limanı vasitəsilə Əfqanıstan hökumətinə və təhlükəsizlik qüvvələrinə dəstək verirdi. Buna görə də biz bu hava limanının təhlükəsizliyinin vacibliyini anlayırıq. Artıq biz Əfqanıstandan qüvvələri geri çəkirik və bu infrastrukturun təhlükəsizliyinin vacibliyini bir daha anlayırıq”.

Səfir qeyd edib ki, 120 Azərbaycan hərbçisinin Əfqanıstanda sülh missiyası tərkibində xidmət etməsi Azərbaycanın regional və qlobal təhlükəsizliyə verdiyi töhfənin ən bariz nümunəsidir: “Bildiyiniz kimi, bu cür əməliyyatlarda logistika çox vacibdir. Azərbaycan Əfqanıstandakı missiyada çox vacib transport habı rolunu oynayıb”.

Li Litsenberqer vurğulayıb ki, NATO çərçivəsində bir sıra təlimlər keçirilib və bütün bunlar müdafiə və hərb sahəsində islahatlara təkan verir: “Biz Azərbaycana bu sahədə və onun inkişafı istiqamətində kömək etmişik. Bu prosesi davam etdirmək istəyirik. Bu, institutsional dəstəyi, yəni Azərbaycan hərbi personalının profesionallaşdırılması, hərb elmi ilə bağlı kurikulumun yenilənməsi, hərbi xidmətə çağırışın modernləşdirilməsi kimi sahələri əhatə edir”.

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Dünyanı qorxudan 8.2 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› İtaliyada yumruq böyüklüyündə dolu yağdı: Şəhəri cəhənnəmə çevirdi - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »